Modern.az

10 ay ərzində 638 nəfər yol qəzasında ölüb

10 ay ərzində 638 nəfər yol qəzasında ölüb

Aktual

12 Noyabr 2016, 11:25

2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda  Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, nəticədə 638 nəfər həlak olub, 1721nəfər yaralanıb.  2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), yaralananların sayı 184 nəfər (9,7%) azalıb.

İlin əvvəlindən indiyədək Bakı şəhəri ərazisində 561 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 158 nəfər həlak olub, 579 nəfər yaralanıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16%), 37 nəfər (19%), 139nəfər (19,4 %) azalıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

 

Ümumilikdə yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil edib. Nəticədə 257 piyada həlak olub, 516-ı yaralanıb.

 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 46 nəfər uşaq və yeniyetmə həlak olub, 165 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı 14, yaralananların sayı isə 8 nəfər azalıb.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı