Modern.az

Telman İsmayılovun qardaşı məhkəmədə jurnalistləri HƏDƏLƏDİ

Telman İsmayılovun qardaşı məhkəmədə jurnalistləri HƏDƏLƏDİ

21 Noyabr 2016, 16:18

Öldürülən biznesmen Vladimir Savkinin yaxınları dörd aya yaxın Azərbaycan əsilli iş adamı Telman İsmayılovun qardaşı iki biznesmeni öldürülməsində şübhəli bilinən Rafiq İsmayılovun ikinci dəfə saxlanılmasını gözləyiblər.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin qərarı ilə materiallar başqa müstəntiqə verilənə qədər iş ölü nöqtədən irəliyə getməyib.

 

Nəticədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin müstəntiqi oliqarxın qardaşının həbsinə sanksiya verib. Ancaq Rafiq İsmayılov saxlanılandan sonra hüquq-mühafizə orqanının əməkdaşı naməlum səbəbdən işdən uzaqlaşdırılıb.

Bu haqda öldürülən biznesmenin oğlu Roman savkin məlumat verib.

 

Öldürülən Vladimir Savkinin qohumları İsmayılovun yenidən güclü klanın təzyiqi sayəsində azadlığa buraxıla biləcəyindən ehtiyatlanırlar.

Noyabrın 21-də tanınmış oliqarxın qardaşı Moskva vilayətindəki Mojask şəhər məhkəməsinə gətirilib. Orada Rafiq İsmayılovun həbs qətimkan tədbiri müddətinin uzadılmasına baxılacaq.

Məlumatda qeyd edilir ki, məhkəmədə jurnalistləri görən Rafiq İsmayılov onları problem yaradacağı ilə hədələyib.

Rafiq İsmayılov ticarət mərkəzinin sahibi Vladimkir Savkin və “Lyublino motors”un təsisçisi Yuri Brilyovun güllələnməsinə görə tutulub.

Bu iki nəfər 2016-cı il mayın 16-da Moskva vilayətindəki Novorijsk şossesində güllələniblər. İsmayılovla yanaşı, killer Mehman Kərimov da saxlanılıb. Ancaq sonradan Telman İsmayılovun qardaşı azadlığa çıxmışdı.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü