Modern.az

Şolts qərar verməlidir ki, Ukraynanın müharibədə qalib gəlməsini istəyirmi - Eks-nazir

Şolts qərar verməlidir ki, Ukraynanın müharibədə qalib gəlməsini istəyirmi - Eks-nazir

Dünya

26 Aprel 2024, 13:16

"Şolts qərar verməlidir ki, Ukraynanın müharibədə qalib gəlməsini istəyir, ya yox".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles deyib.

 

DPA agentliyinin verdiyi məlumata görə, o, kanslerin “Taurus” raketlərini Ukraynaya tədarükdən son imtinasını belə şərh edib.

 

Keçmiş müdafiə naziri qeyd edib ki, “yox, mən onları göndərməyəcəyəm” demək “biz vəziyyəti daim izləyirik və Rusiya davam edərsə, bu variantı nəzərdən keçirəcəyik” deməkdən daha asandır.

 

Uolles bəyan edib ki, bu cür məsələlərdə qətiyyətsizlik və tərəddüd yalnız Putinin əlinə işləyir və "Şolts bunu deyəsən anlamır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək