Modern.az

Qubadakı soyqırımı muzeyinin işığı yanmır – AÇIQLAMA

Qubadakı soyqırımı muzeyinin işığı yanmır – AÇIQLAMA

Aktual

7 Dekabr 2016, 13:37

“Qubada soyqırım muzeyi tikilib. Bu, hamımızın gözlədiyi bir muzey idi. Analoqu yoxdur. Mən ora çoxlu qonaqlar aparıram. Ancaq muzeyin işığı yanmır Oqtay müəllim”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Yevda Abramov deyib.

Yəhudi əsilli deputat bildirib ki, Qubadakı 1918-ci il soyqırımı muzeyinin işığı yanmır:

“Quba rayonunda icra başçısı insanların köməyi ilə Gənclər mərkəzi tikib, ancaq işıq yoxdur. Kimin balansına verilsin, bu obyektlər? Bu məsələ hələ də havadan asılı qalıb. Yaxşı bu qazı bahalaşdırırıq, amma bunu keyfiyyətinə fikir verən varmı ? Təzyiq yoxdur”.

 

Ağa AKİFOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı