Modern.az

Büdcə müzakirələri YEKUNLAŞDI

Büdcə müzakirələri YEKUNLAŞDI

Aktual

8 Dekabr 2016, 14:17

Dekabrın 16-ı Milli Məclis gələn ilin büdcəsini müzakirə etmək üçün yenidən toplanacaq. Modern.az-ın xəbərinə görə, artıq üçüncü gündür Milli Məclisdə 2017-ci ilin büdcə zərfi müzakirə olunur.

Bugünkü iclasda “2017-ci ilin dövlət büdcəsi”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları müzakirə olunub. 

Artıq 2017-ci ilin büdcəsinin müzakirəsi yekunlaşıb. Hökumətə müzakirələr zamanı qaldırılan təklif və məsələlərə baxıb, nəzərə almaq üçün müəyyən vaxt verib.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı