Modern.az

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi 2-ci oxunuşa çıxarılır

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi 2-ci oxunuşa çıxarılır

13 Dekabr 2016, 16:31

“Hazırda Elm və təhsil komitəsində müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuş üçün hazırdır.

 

Yəqin ki, yaxın plenar iclaslarda bu qanun layihəsi 2-ci oxunuşa çıxarılacaq.  Ümid edirik ki, Məktəbəqədər təhsil haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisdə qəbul ediləcək”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

 

Komitə sədri yeni hazılanmış“Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin Azərbaycan təhsilinə verə biləcək töhfəsindən də danışıb:

 

“2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanun çərçivə qanunu olaraq təhsilin bütünsa hələri üzrə ana istiqamətlər, əsas konturlar müəyyən olunub. Buna uyğun olaraq təhsilin bütün pillələri üzrə mərhələ mərhələ qanunların hazırlanması prosesi gedir. Məktəbəqədər təhsil haqqında qanun layihəsi işçi qrup dail olmaqla bir neçə dəfə Elm və təhsil komitəsində müzakirə olunaraq parlamentdə geniş müzakirədən keçirilib.

 

Bu qanun cəmiyyətdə məktəbəqədər təhsilin yenidən qurulmasına və Azərbaycan təhsilinin müasir dünya standartlarına cavab verə bilməsi üçün çox mühüm töhfə olacaq”.

 
Ağa AKİFOĞLU

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır