18 avqust 2017, Cümə
Ana Səhifə - REPORTAJ - Bakının Baş Planının DETALLARI açıqlandı - 2035-ci ilədək görüləcək İŞLƏR
Bakının Baş Planının DETALLARI açıqlandı - 2035-ci ilədək görüləcək İŞLƏR
22.12.2016, 16:27

Azərbaycan Respublikası Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Bakının Regional İnkişaf Planı (282.322 ha), bu layihə çərçivəsində Məxsusi Bakının Ərazidən İstifadə Zonalaşdırma Planı (33.333 ha) və nəhayət Bakı şəhərinin bütün inzibati ərazisini əhatə edən Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan (247 641 ha) layihəsinin işlənilməsi başa çatdırılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilədək 20 il ərazində şəhərin ərazi planlaşdırma siyasətini müəyyən edir. Layihədə ilk dəfə Bakı şəhərinin bütün qəsəbələrinin və yaşayış məntəqələrinin baş planları hazırlanıb.

Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planında/Baş planda yaşayış məntəqələri üzrə vahid yanaşma və ərazi təşkilinin formalaşdırması məqsədilə layihələndirmə işləri 9 planlaşdırma zonası üzrə aparılıb:

1.     Cənub Planlaşdırma Zonası (Ələt, Qobustan, Səngəçal, Sahil, Ümid, Qızıldaş, Korgöz, Puta and Güzdək qəsəbələri) – 116224 ha

2.     Şimal Planlaşdırma Zonası (28 May, Aşağı Güzdək, Müşviqabad, Ceyranbatan, Saray, Novxanı, Goradil, Fatmayı, Kürdəxanı, Pirşağı, Nardaran, Bilgəh və Maştağa qəsəbələri) - 33901 ha

3.     Şərq Planlaşdırma Zonası (Buzovna, Mərdəkan, Şağan, Şüvəlan, Qala, Binə, Türkan, Zirə, Gürgən və Pirallahı qəsəbələri) – 41234 ha

4.     Periferiya 1 Planlaşdırma Zonası (Lökbatan və Badamdar qəsəbələri) – 8191 ha

5.     Periferiya 2 Planlaşdırma Zonası (Xırdalan şəhəri, Hökməli, Xocasən, Qobu, Masazır və Biləcəri qəsəbələri) – 9701 ha

6.     Periferiya 3 Planlaşdırma Zonası (Binəqədi, Məmmədli, Mehdiabad və Digah qəsəbələri) – 7200 ha

7.     Periferiya 4 Planlaşdırma Zonası (Sabunçu, Bakıxanov, Qaraçuxur, Bülbülə, Əmircan, Yeni Suraxanı, Ramana, Zabrat və Balaxanı qəsəbələri) – 2280 ha

8.     Periferiya 5 Planlaşdırma Zonası (Zığ və Hövsan qəsəbələri) – 6891 ha

9.     Bakı-Mərkəz Planlaşdırma Zonası (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai və Binəqədi rayonları, Əhmədli, Keşlə və M.Ə.Rəsulzadə qəsəbələri) – 12019 ha.


Layihədə qeyd olunan planlaşdırma zonalarının hər birinin inkişaf etdirilməsi ilə şəhərin inkişafında tarazlığa nail olmaq, yeni yaşayış məskənlərinin rasional paylanmasını təmin etmək, əhalinin məşğulluq problemlərinin həllində mütərəqqi beynəlxalq təcrübələrdən istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Sabunçuda 224 ha ərazidə Maliyyə Mərkəzi (Financial Center), Xırdalanda 1560 ha ərazidə Sənaye-Təchizat-Ticarət Mərkəzi (Trade Center), Ələtdə Smart city (Ağıllı şəhər) konsepsiyasının tətbiqi, yeni köməkçi Beynəlxalq hava limanının, qida sənayesi profilli Mütəşəkkil Sənaye Zonasının və 2500 yerlik Regional Xəstəxananın yaradılması, Qobu istiqamətində 1600 ha ərazidə İstixana Kompleksinin (Greenhouse Complex), Lökbatanda yeni kiçik və orta sənaye zonasının, şəhərlərarası avtovağzal kompleksinin təklif edilməsi, Böyük Şor gölünün şimalında Səhiyyə Parkı, Zığ gölü ətrafında yeni Rekreasiya əraziləri, Hövsan, Türkan istiqamətində Ali Təhsil Müəssisələri Kompleksi, Zabrat, Maştağa istiqamətində Aqro-turizm Mərkəzinin yaradılması, Maştağa qəsəbəsində Sakit şəhər (Slow city) konsepsiyasının tətbiqi ərazilərin dayanıqlı inkişafına nail olmaq istiqamətində nəzərdə tutulan tədbirlərdir.

Plan proqnozlarına əsasən,  layihə ərazisinin 2015-ci il üzrə 2788935 nəfər təşkil edən əhalisinin 2035-ci ildə 3911250 nəfərə çatacağı nəzərdə tutulur. Plana əsasən hazırda adambaşına orta hesabla 20 m² təşkil edən yaşayış sahəsinin 25 m²-ə çatdırılması və bununla da ümumi yaşayış fondunun 56 milyon m²-dən 98 milyon   m²-ə çatdırılması nəzərdə tutulub.


Hesabat dövrü ərzində məşğul əhalinin 2015-ci ildə təxminən 1205 min nəfərdən 2035-ci ildə 1771 min nəfərə çatacağı proqnozlaşdırılır. Sənaye sektorunun inkişafı ilə bağlı əsas plan qərarlarına Ələtdə 150 ha ərazidə yeyinti sənayesi profilli Mütəşəkkil Sənaye Zonasının (16 min yeni iş yeri) və 12 ha ərazidə Kiçik Sənaye Zonasının (2 min yeni iş yeri), Balaxanıda 122 ha ərazidə maşınqayırma sahəsi üzrə ixtisaslaşmış Mütəşəkkil Sənaye Zonasının (12 min yeni iş yeri), Xırdalanda 82 ha ərazidə mebel istehsalı profilli Kiçik və orta ölçülü istehsal zonalarının (10 minə yaxın yeni iş yeri) və Lökbatanda 128 ha ərazidə yüngül sənaye profilli KOM zonasının (6 min yeni iş yeri) yaradılması daxildir.


Kənd təsərrüfatı sektorunun inkişafı çərçivəsində layihə ərazisindəki 20796 ha-ya bərabər kənd təsərrüfatı torpaqlarının qorunması və əsasən ənənəvi məhsulların istehsalı  üçün istifadə edilməsi nəzərdə tutulur. Bundan başqa, İspaniyanın Almeriya şəhərinin uğurlu təcrübəsini əsas götürərək yuxarıda qeyd edildiyi kimi, Bakının qərb hissəsində Qobu qəsəbəsində İstixana Kompleksinin yaradılması təklif edilir. Qeyd edilən istixana kompleksində təxminən 3200 yeni iş yerinin yaranacağı proqnoz edilir.


Ətraf mühitin sağlamlaşdırılması çərçivəsində hazırda 12 m² təşkil edən adambaşına düşən yaşıllıq sahənin perspektivdə 30 m²-ə çatdırılması planlaşdırılır. Bunun üçün yaşıllıq ərazilərin və parkların genişləndirilməsi, gölətrafı ərazilərin, xüsusən də Böyük Şor və Zığ göllərinin ətrafının yaşıllaşdırılması və rekreasiya məqsədləri üçün istifadəsi, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhlizin - yaşıl zolağın (475 ha) salınması, müvafiq sahilbərkitmə tədbirləri görülməklə Dənizkənarı Milli Parkın dənizə doğru 70-100 m genişləndirilərək Zığ qəsəbəsinin ərazisinədək uzadılması və s. kimi tədbirlər nəzərdə tutulur. Maştağa və onu əhatə edən qəsəbələrin əlverişli coğrafi mövqeyi, iqlimi, özünəməxsus mədəni irsi, mənəvi dəyərləri, unikal milli memarlıq xüsusiyyətlərini nəzərə alaraq və onların qorunması məqsədilə ərazinin qeyd edildiyi kimi, Sakit şəhər konsepsiyasına uyğun inkişaf etdirilməsi nəzərdə tutulub. İnsanların sakit həyat tərzi keçirməsini dəstəkləyən bu model İtaliyada 90-cı illərin əvvəllərində tətbiq olunub və Böyük Britaniya, İsveçrə, Fransa və s. daxil olmaqla bütün Avropaya yayılıb. Maştağa və onu əhatə edən qəsəbələrin bu cür inkişafı gələcəkdə  şəhər stresindən uzaq zonaların yaradılmasını təşviq edəcək.

Baş plan çərçivəsində ərazinin nəqliyyat əlaqəsinin təkmilləşdirilməsi məqsədilə ümumşəhər əhəmiyyətli magistral yolların uzunluğunun 2015-ci ildə 336 km-dən 2035-ci ildə 632 km-ə, rayon əhəmiyyətli küçələrin uzunluğunun müvafiq olaraq 594 km-dən 810 km-ə, yerli əhəmiyyətli yolların və küçələrin uzunluğunun 1000 km-dən 1879 km-ə çatdırılması planlaşdırılır. Əsas tıxacların əmələ gəldiyi şəhərdən çıxış istiqamətlərindəki yollara alternativ istiqamətlərdə yolların salınması planlaşdırılıb. Belə ki, Parlament prospekti ilə Bibiheybət arasında və Neftçilər prospektinə alternativ olaraq Dənizkənarı Milli Parkın genişləndirilən hissəsinin altı ilə tunellər, Xocasən istiqamətindən şəhərə doğru nəzərdə tutulan Moskva prospektinə alternativ yolun xarici dairəvi yol və Mətbuat prospekti ilə əlaqələndirilməsi təklif edilib. Həmçinin, metro xətlərinin Xırdalan, Badamdar və Lökbatan istiqamətində uzadılaraq sürətlə fomalaşmaqda olan yeni yaşayış məskənləri ilə əlaqələndirilməsi, metropolitenin perspektiv inkişafı üzrə nəzərdə tutulan tədbirlər daxil olmaqla uzunluğunun 37,82 km-dən 145,25 km-ə çatdırılması nəzərdə tutulur.

Mühəndis-kommunikasiya təminatının təkmilləşdirilməsi çərçivəsində gündəlik su təchizatı həcminin 458 min m³/gündən 642 min m³/günə, adambaşına düşən gündəlik su sərfinin itkilərin qarşısını aldıqdan sonra 302 l/sutkadan 296 l/sutkaya, adambaşına gündəlik çirkab suyun həcminin 272 l/sutkadan 266 l/sutkaya, hər mənzilə düşən elektrik enerjisinin 5,5-,8 kvt-dan 8-13,5 kvt-a, adambaşına düşən illik qazın həcminin 967 m³/ildən 1095 m³/ilə çatdırılması nəzərdə tutulur.



Modern.az

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan XİN İspaniyadakı terroru PİSLƏDİ 
18.08.2017, 10:55

Azərbaycan XİN İspaniyadakı terroru PİSLƏDİ 

Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” – MÜSAHİBƏ
18.08.2017, 10:44

Bakı Tikiş Evinin rəsmisi: “Niyə o məhsulların ölkəyə gətirilməsinə şərait yaradırlar?” – MÜSAHİBƏ

Payızda bəzi dərmanlar bahalaşacaq
18.08.2017, 10:33

Payızda bəzi dərmanlar bahalaşacaq

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır
18.08.2017, 10:32

Sumqayıtda sahibsiz itlər küçələrdən yığışdırılır

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR
18.08.2017, 10:28

Türkiyədə Atatürkə münasibət dəyişib - SƏBƏBLƏR

Türkiyədə ağır qəza - 7 ölü, 20-dən çox yaralı
18.08.2017, 10:12

Türkiyədə ağır qəza - 7 ölü, 20-dən çox yaralı

Neftçalada 56 yaşlı kişi intihar etdi
18.08.2017, 10:05

Neftçalada 56 yaşlı kişi intihar etdi

“Terror hadisəsindən hiddətlənirik” – İlham Əliyevdən İspaniya kralına başsağlığı
18.08.2017, 09:56

“Terror hadisəsindən hiddətlənirik” – İlham Əliyevdən İspaniya kralına başsağlığı

Dənizdə batan 2 gəncin meyiti tapıldı
18.08.2017, 09:44

Dənizdə batan 2 gəncin meyiti tapıldı

Ermənistan atəşkəsi 112 dəfə pozdu
18.08.2017, 09:42

Ermənistan atəşkəsi 112 dəfə pozdu

Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı - FOTOLAR
18.08.2017, 09:22

Sumqayıt məktəblilərinin unudulmuş qəhrəmanlığı - FOTOLAR

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 
18.08.2017, 09:09

Metrodan istifadə edənlər bir müddət də istidən “bişməli” olacaq 

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?
18.08.2017, 09:04

Şəhidin əkiz övladlarının vəziyyəti necədir?

Qaxda 28 yaşlı oğlan özünü asdı
18.08.2017, 09:01

Qaxda 28 yaşlı oğlan özünü asdı

Barselona terroru - yeni DETALLAR
18.08.2017, 08:54

Barselona terroru - yeni DETALLAR

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
18.08.2017, 08:53

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır
18.08.2017, 00:58

Barselonada xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır

İspaniyada üç günlük matəm elan edildi
18.08.2017, 00:46

İspaniyada üç günlük matəm elan edildi

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü
18.08.2017, 00:33

Avtomobillə vurulan 12 yaşlı uşaq öldü

Bakıda bu mağazada kitablar cəmi 20 qəpiyə satılır - VİDEO
18.08.2017, 00:17

Bakıda bu mağazada kitablar cəmi 20 qəpiyə satılır - VİDEO

Terrora görə məsuliyyəti  İŞİD üzərinə götürdü
18.08.2017, 00:00

Terrora görə məsuliyyəti  İŞİD üzərinə götürdü

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü
17.08.2017, 23:37

Yusif Səmədoğlunun  bir film naminə çəkdiyi olmazın əziyyətləri-  Anım günü

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb
17.08.2017, 23:14

Azərbaycan klublarının Avropa Liqasından qazancı açıqlanıb

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO
17.08.2017, 22:57

Barselonada terror törədənlərdən biri öldürülüb - YENİLƏNİB, VİDEO

Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür
17.08.2017, 22:42

Həmsədrlər prezidentlərin növbəti görüşünə hazırlıq görür

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ
17.08.2017, 22:28

Ağ rəngli qidalardan çox istifadə edin – VANQADAN SAĞLAMLIQ TÖVSİYƏLƏRİ

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib
17.08.2017, 21:59

Göygöldə həyat yoldaşı və qayınanasını qətlə yetirən şəxs tutuldu, Yenilənib

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV
17.08.2017, 21:32

Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video
17.08.2017, 21:16

"İt uşağın başından çeynəməyə başladı" - Hadisə şahidi, Video

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB
17.08.2017, 21:07

Barselonada terror: 13 nəfər öldü, FOTOLAR, YENİLƏNİB

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb
17.08.2017, 20:56

Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclər 2,6 dəfə azalıb

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb
17.08.2017, 20:29

Azərbaycan Rusiya ilə məsləhətləşmələr aparıb

Dağıstanda partlayış: 2 ölü
17.08.2017, 20:15

Dağıstanda partlayış: 2 ölü

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq
17.08.2017, 19:41

Azərbaycanla ABŞ arasında hərbi tibb sahəsində əməkdaşlıq

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb
17.08.2017, 18:56

UEFA “Qarabağ”ın futbolçusu ilə bağlı qərarını açıqlayıb

ARXİV
SORĞU
Benzini hansı yanacaqdoldurma məntəqəsindən alırsınız?
Azpetrol-dan(51.1%)
SOCAR-dan(6.81%)
Lukoil-dan(15.9%)
Bunların heç birindən - başqasından(26.1%)