Modern.az

ABŞ PKK terrorçularına təlim keçir - İDDİA

ABŞ PKK terrorçularına təlim keçir - İDDİA

7 Yanvar 2017, 21:13

Terror təşkilatı PKK-ya aid Afrin düşərgəsində ABŞ-dan olan əsgərlərin terrorçulara təlim keçdiyi, terror təşkilatı üzvlərindən xüsusi bir polis gücü qurdurduğu iddiaları ortaya atılıb. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu iddiaların sübutu kimi isə düşərgədə çəkildiyi irəli sürülən fotoşəkillər dərc olunub.

“Sözçü” qəzetinin yazarı Saygı Öztürk bugünkü köşəsində çox əhəmiyyətli bir iddianı gündəmə gətirib.

 Öztürkün yazısında sözügedən hadisəyə dair məlumatlar belədir:

“Hatay və Kilisin sərhəd qonşusu olan Suriyanın Afrin bölgəsində separatçı təşkilat PKK adına "terror akademiyası yarandığı, bir çox ölkədən gələn terrorçulara bu düşərgədə təlim keçildiyi təhlükəsizlik gücləri tərəfindən təsdiq olunub. ABŞ hərbçilərinin də bunda iştirakçı olduqları bildirilib.

Təşkilatın İraq sərhədlərindəki Kandilde yerləşən yüksək səviyyəli rəhbərlərinin hər birinin müxtəlif bölgələrə göndərildikləri aşkar edilib. Təşkilatın Suriyada güc halına gəlmək üçün çox sayda terrorçu hazırlamağı planlaşdırdığı, bunun üçün xarici ölkələrdən də əhəmiyyətli dərəcədə dəstək aldığı aydın oldu.

Xüsusi xidmət orqanları tərəfindən baş nazir Binalı Yıldırıma təqdim olunan hesabatda, keçən il PKK-ya verilən silahlarla müasir bir ordu yaradılacağı barədə məlumat da yer aldı.

Silahlı təlimin ABŞ hərbçiləri tərəfindən sürətli, qısa müddətli kurslar şəklində verildiyi məlum oldu”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir