Modern.az

Prezident baş nazirin iki müavininə töhmət verdi

Prezident baş nazirin iki müavininə töhmət verdi

Aktual

16 Yanvar 2017, 15:56

Özbəkistan prezidenti Şövkət Mirzəyev baş nazirin iki müavininə töhmət elan edib və iki dövlət şirkəıtinin rəhbərini işdən çıxarıb.

Modern.az xarici mediaua istinadən bildirir ki, 2016-cı ilin yekunlarına və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunan hökumətin iclasında kökumətin işini tənqid edib.

Məlumatda qeyd edilir ki, Özbəkistanın rəhbəri iclasın gedişində baş nazirin iki müavininə - “Uzavtoprom”un sədri Uluqbek Rozukulova, eləcə də ölkənin yanacaq-energetika sisteminə nəzarət edən Qulomjon İbrahimova töhmət elan edib.

 

İşlərindəki çatışmazlıqlara görə “Uznefteprodukt” şirkətinin rəhbəri Baxtiyar Sultanov və “Uzeltexprom” şirkətinin sədri Erkin İminov istefaya göndərilib.

 

Prezident, eyni zamanda “Uzximprom”un sədri Normat İbrahimovun da vəzifəsindən azad olunmasını təklif edib.

 

“Yeni şərtlərlə və çətin vəziyyətdə artıq əvvəlki kimi işləmək, əldə edilən uğurlarla kifayətlənmək olmaz. Əməyə münasibətimizin kökündən dəyişilməsi vaxtı çatıb, son nəticələrə istiqamətlənmək lazımdır”, - deyə prezident bəyan edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir