Modern.az

Azərbaycan və Brüssellə yeni saziş üçün danışıqlara başlayacaq

Azərbaycan və Brüssellə yeni saziş üçün danışıqlara başlayacaq

Aktual

20 Yanvar 2017, 11:35

Yaxın vaxtlarda Azərbaycan və Avropa Birliyi arasında yeni müqavilə üçün danışıqlar başlayacaq.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir.

 

M.Məmməd-Quliyev Ümumdünya Ticarət Təşkilatı ilə də danışıqlar prosesinin getdiyini və ilin birinci yarısında Cenevrədə növbəti görüşün keçirilə biləcəyini qeyd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı