ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentindəki son brifinqində jurnalistləri təəccübləndirib.
Modern.az xarici mediaya istinadən bildirir ki, buna səbəb onun KİV nümayəndələri ilə görüşə ABŞ-ın yaradıcı atalarından biri sayılan, siyasətçi və diplomat Bencamin Franklinin şərəfinə adını verdiyi iti ilə gəlməsi olub.
“O, özünü yaxşı aparacaq, sizi əmin edirəm”, - Kerri KİV nümayəndələrinə müraciətində söyləyib.
Dövlət Departamentinin rəhbəri sevimli itinə “otur” komandası verib. Ancaq Franklin dərhal sahibinə qulaq asmayıb. Bu da zalda zarafatlara səbəb olub.
Modern.az