Modern.az

Şəhriyarın 110 illiyi İstanbulda anılacaq

Şəhriyarın 110 illiyi İstanbulda anılacaq

24 Yanvar 2017, 00:45

Türkiyədə Ustad Şəhriyarın 110 illik yubileyi keçiriləcək. Modern.az saytı xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi İstanbul Türk Ocakları, İstanbul Universiteti və Sağlamlığın Qorunması İB ilə birlikdə Azərbaycanı və Türk dünyasının böyük şairi Şəhriyarın 110 illiyi ilə bağlı İstanbulda konfrans və ədəbi-bədii tədbir təşkil ediləcək. Tədbirin sonunda keçiriləcək ədəbi-bədii hissədə isə Şəhriyar yaradıcılığından seçmələr səsləndiriləcək ədərlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

Qeyd edək ki, təbirdə Azərbaycandan və qardaş Türkiyədən başqa Türk dünyasının müxtəlif bölgələrindən də alimlər, şairlər, yazarlar iştirak edəcəklər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi