Modern.az

Əhəd Abıyevə ağır itki üz verib

Əhəd Abıyevə ağır itki üz verib

30 Yanvar 2017, 19:23

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə ağır itki üz verib. Modern.az-ın məlumatına görə, Əhəd Abıyevin böyük qardaşı İbrahim Abıyev dünən vəfat edib.

75 yaşında dünyasını dəyişən mərhumun xəstə olduğu bildirilir. İ.Abıyevin doğulduğu Masallı rayonunda torpağa tapşırılıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin...

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir