Modern.az

Masallıda 26 nəfərin yaşadığı ev uçub - Foto

Masallıda 26 nəfərin yaşadığı ev uçub - Foto

15 Fevral 2017, 00:52

Masallıda 26 nəfərin yaşadığı ev uçub. Modern.az saytı sputnik.az-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Dəlləkli kəndində qeydə alınıb. Kənd sakini 1958-ci il təvəllüdlü Mehdiyev Məmmədyara məxsus birmərtəbəli fərdi yaşayış evi yağan güclü qara tab gətirməyib.

Çiy kərpicdən inşa edilən ev qəfildən çökdüyündən ev sahibləri əşyalarını çıxara bilməyiblər. Mehdiyev Məmmədyara məxsus sözügedən evdə 26 nəfərin yaşadığı bildirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı