Modern.az

Münhendə Qarabağ müzakirələri - RƏSMİ, Yenilənib

Münhendə Qarabağ müzakirələri - RƏSMİ, Yenilənib

17 Fevral 2017, 00:43

Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov(Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (Amerika Birləşmiş Ştatları), həmçinin ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, görüşdə Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

 

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

 

 

00:15

 

Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında görüş olub. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı