Modern.az

Maştağada ruhi xəstə donvurmadan ölüb

Maştağada ruhi xəstə donvurmadan ölüb

17 Fevral 2017, 13:04

Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.

Modern.az “Report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserdən "Report"a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir