Modern.az

"Rusiya prezidenti beynəlxalq hüququ pozub" - Pyotr Poroşenko

"Rusiya prezidenti beynəlxalq hüququ pozub" - Pyotr Poroşenko

18 Fevral 2017, 22:26

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin tanınmayan “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın pasportlarının tanınması barədə fərmanını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Modern.az saytı Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bu addımı ilə Kremlin Minsk prosesini pozduğunu və Rusiyanın bu prosesdən çıxdığını bəyanetdiyini bildirib.

Üçtərəfli təmas qrupunda Ukraynanın təmsilçisi olan İrina Geraşenkonun sözlərinə görə, bu həəəlik “respublikalar”ın tanınması olmasa da, Ukraynada vəziyyəti gərginləşdirmək və dondurulmuş münaqişə ocağının yaradılmasına cəhddir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı