Modern.az

Trampın milyarder kürəkəni – Cared Kuşnerin BİZNES İMPERİYASI

Trampın milyarder kürəkəni – Cared Kuşnerin BİZNES İMPERİYASI

9 Mart 2017, 22:22

Kuşnerlər Nyu-Yorkun ən zəngin ailələrindən sayılırlar. Lakin Cared Kuşner Donald Trampın qızı İvbanka Trampla evləndikdən və öz qaynatasının baş məsləhətçisi təyin olunduqdan sonra bu yəhudi ailəsinin Ağ Evə təsir rıçaqları daha da artıb. Modern.az Kuşner ailəsi haqda məlumatları təqdim edir.

 

 

Kuşner ailəsinin şəxsi sərvəti 1,8 milyard dollar təşkil edir. Bu sərvətin 1,15 milyard dolları daşınmaz əmlakın payına düşür. Onların 6 ştatda 1,2 milyon kvadrat metr yaşayış, kommersiya və ticarət əmlakı mövcuddur.

 

Onların nəzarəti altında olan əsas obyektlər və onların bazar qiymətini təqdim edir.

 

Manhettendə 666 Fifth Avenue biznes mərkəzi – 360 milyon dollar

 

Puck Building ofis-yaşayış kompleksi – 200 milyon dollar

 

 Manhettendə Maiden Lane yaşayış kompleksi  - 75 milyon dollar

 

Çikaqodakı AT&T binası – 49 milyon dollar

 

Bundan başqa, 2006-cı ildə Cared Kuşner “New York Observer” qəzetini 10 milyon dollara satın almışdı. Bu sözləşmədən sonra qəzet yalnız internet versiyada satılır. Bu alqı-satqıdan öncə, Cared Kuşnerin atası Çarlz Kuşner vergidən yayınma və fırıldaqçılıq ittihamı ilə saxlanılmışdı.

 

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü