Modern.az

Dünya yeni münaqişənin ASTANASINDA: NATO ilə Rusiya toqquşa bilər

Dünya yeni münaqişənin ASTANASINDA: NATO ilə Rusiya toqquşa bilər

10 Mart 2017, 22:13

Avropa Birliyi liderləri Qərbi Balkanda situasiyanın nəzarətdən çıxa bilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Böyük Britaniyanın baş naziri Tereza Meyin vədləri isə Rusiyanın regionda stabilliyi pozmaq fəaliyyəti yönündə aktivliyini artırır.

 

Modern.az saytının məlumatına görə, bu haqda Böyük Britaniyanın nüfuzlu “The İndependent” nəşri yazıb.

Avropa İttifaqı Şurasının Brüssel sammitində müttəfiqlər Rusiyanın Montoneqroda dövlət çevrilişinə təşəbbüs etməsi fonunda diqqəti yeni münaqişə ocağının yarana biləcəyinə kökləyiblər.

 

Tereza Mey isə bəyan edib ki, rəsmi London Montoneqro kimi Qərbi Balkan ölkələri olan Serbiya, Kosova və Makedoniya ilə də əməkdaşlığı artıracaq.

 

“Bu regionda qeyri-sabitliyin artması potensialı və riskləri bizim ümumi təhlükəsizliyimiz baxımından izah edəcəyəm. Belə fikirlər var ki, guya Montoneqoda dövlət çevrilişi hazırlanır. Rusiyanın yalan kampaniyası belə görüntü yaradır ki, guya Qərb öhdəliklərini yerinə yetirməyəcək, bu regiona sadiqliyini nümayiş etdirməyəcək”.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk isə deyib ki, sözügedən region Avropa üçün həyati əhəmiyyətli idi.

 

“Gərginlik və fikir ayrılıqları nəzarətdən çıxıb. Çünki qeyri-sabitlliyinə zəmin yaradan qeyri-sağlam xarici təsirlər mövcuddur”.

Avropa Komissiyasının prezidenti Jan Klod Yunker isə bəyan edib ki, bir sıra ölkə hələ ki, Avropa Birliyinə qəbul olunmayacaq.

Lakin Tereza Mey bildirib ki, Avropa Şurasının 27 üzvü tərəfindən dəstəklənən sənəd Avropa Birliyinin Qərbi Balkan dövlətlərinə yardım edəcəyini göstərir.

Montoneqronun xüsusi prokuroru Milovoje Katniç isə Rusiyanı  dövlət çevrilişinə cəhddə  ittiham edib.

O bildirib ki, Rusiya Montoneqronun NATO-ya üzvlüyünün qarşısını almaqdan ötrü təxribat planı hazırlayıb.

 

Rusiya isə səslənən ittihamları rədd edir və məsuliyyətdən qaçmaq istəyir.

 

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya hökumətindəki mənbələr əminliklə bildirmişdilər ki, Montenegronun baş naziri Milo Cukanoviçə ötən ilin payızında keçirilən parlament seçkiləri zamanı üstü açılmış sui-qəsd cəhdi Rusiya xüsusi xidmət orqanları hazırlamışdı.

Məlumatlara görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları bir neçə ay ərzində Cukanoviçi izləyib və bir qrup serb millətçisinin əliylə onu öldürməyi planlaşdırıb.

ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın bu planda əli olduğuna dair dəlillər toplayıblar.

 

“Məqsəd hökumətin fəaliyyətini əngəlləmək və ya onu ələ keçirmək olub.Təsəvvür etmək mümkün deyil ki, bu cəhd Rusiya rəhbərliyinin dəstəyi olmadan baş tutub”-hökumətdəki mənbə məşhur “Telegraph” nəşrinə bildirmişdi.

 

Qərb KİV-ləri hesab edir ki, Qərbi Balkanla bağlı mövcud situasiya Rusiya ilə NATO-nu bu regionda qarşı-qarşıya qoya bilər.

 

Aqşin KƏRİMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir