Modern.az

Əli Kərimlinin müavini istefa verdi: “Qərarımın səbəblərini açıqlayacağam”

Əli Kərimlinin müavini istefa verdi: “Qərarımın səbəblərini açıqlayacağam”

8 Aprel 2011, 20:43

AXCP sədrinin müavini, partiyanın Ali Məclisi və Rəyasət Heyətinin üzvü, İbrahim Vəliyev partiya sıralarından istefa verib. Modern.az-a açıqlamasında İ.Vəliyev istefasında heç bir xüsusi səbəbin olmadığını deyib.
“Mən istefa qərarımı qəbul etmişəm və bu partiyada geniş müzakirə edilməyib. Partiya rəhbərliyi  mənim bu qərarımdan xəbərsizdir”-deyə İ.Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, bir müddət siyasi proseslərdən kənarda duracaq. Fəaliyyətini isə işlədiyi Bakı Dövlət Unversitetində müəllim kimi davam etdirəcək. İ.Vəliyev BDU-nun hüquq fakültəsinin dosentidir.

Müxalifət düşərgəsi üçün bu həssas dönəmdə istefa verməsinin müxtəlif cür yozulacağı ilə bağlı rəylərə gəlincə, İ.Vəliyev mərhum Əbülfəz Elçibəyin fikri ilə cavab verib: “Bəy deyirdi ki, hər şeyin zamana ehtiyacı var. Mən də qərarımla bağlı səbəbləri zamanı gələndə açıqlayacağam”-deyə İ.Vəliyev vurğulayıb. 

Qeyd edək ki, İbrahim Vəliyev 1992-1993-cü illərdə Azərbaycan Gömrük Komitəsinin sədr müavini işləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı