Modern.az

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri BDU-dan qovuldu...

Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri BDU-dan qovuldu...

11 Aprel 2011, 16:39

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi magistrantı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı BDU-dan xaric olunub. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məluma görə, Abbaslı 6 aprel tarixində universitetdən çıxarılıb.

Bu haqda jurnalistika fakültəsində Tural Abbaslının əmri yazılıb: "Jurnalistika  fakültəsinin HSM 050003 “Publilistika jurnalistika” ixtisaslaşması üzrə əyani şöbəsində təhsil alan, Müstəqil Azərbaycan özəl universitetinin bakalavr pilləsini 2003-cü ildə bitirmiş, 2-ci kurs ödənişli magistrantı Tural Abbaslı 2010/2011-ci tədris ilinin qış imtahan sessiyasında üç fəndən qalan akademik borcunu müəyyən edilmiş müddətdə ləğv etmədiyinə və təhsil haqqını ödəmədiyinə görə 06.04.2011-ci il tarixdən Universitet magistrantları sırasından xaric edilsin". 

Xatırladaq ki, Tural Abbaslı hazırda həbsdədir və onun haqqında 2 aylıq həbs qəti imkanı seçilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü