Modern.az

İslamda qadına verilən hüquqlar müzakirə olunacaq

İslamda qadına verilən hüquqlar müzakirə olunacaq

12 Aprel 2011, 11:07

Hər həftə sonu Bakıda xanımlar üçün “İslamda Qadın” mövzusunda dini söhbətlər təşkil edilir.

Görüşlərdə zamanı İslamda qadın hüquqları, qadına verilən dəyər, cinslər arasında hansı məqamlarda fərqlər qoyulur və s. mövzularda müzakirələr aparılır.  Rəqəmsal İnkişaf İctimai Birliyinin keçirdiyi bu görüşlərin məqsədi  xanımlara İslamda hüquqlarının tanıtmaqdır. Bu barədə qurumun rəhbəri Könül Ağayeva məlumat verib.  

İlk dini söhbətdə Ankara Universiteti Bakalavr və Magistratura, Türkiyə Diyanet Vakfi litseyi və Şəbnəm Qız dini məktəbinin müəlliməsi Rəna Qədirova biliklərini iştirakçı xanımlarla paylaşıb.  Müzakirələr aprel ayının hər şənbə və bazar günləri keçirilir. Bu söhbətlər Urgent Action fondunun maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində //islamdaqadin.didev.org ünvanlı səhifə yaradılacaq.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir