Modern.az

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək

29 Mart 2017, 16:34

Bakıda sərnişin nəqliyyatında vahid sürücü bazasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, şəhərdaxili marşrutlarda fəaliyyət göstərən sürücülər siyahıya alınıb:

"Bəzi şirkətlərin təqdim etdikləri siyahı bizi qane etmir. İslam Oyunlarından sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görüləcək. Sürücülər təlim proqramlarına cəlb ediləcək. Bu proqramda sürücülərin yalnız avtobusu idarəetmə qabiliyyətləri deyil, ekstremal şəraitdə nəqliyyat vasitəsini idarəetmə və digər təlimlər də var.

Sürücülər həmin təlimlərə cəlb ediləcək, təlimlərdən keçən sürücünün marşruta çıxmasına icazə veriləcək. Söhbət ondan getmir ki, hansısa sürücü 10-15 il marşrut idarə edibsə, ona güzəşt olunacaq. İstənilən sürücü həmin təlimlərdən keçərsə, marşrut xəttində avtobus sürməsinə icazə veriləcək. Əks halda sürücü marşrutdan kənarlaşdırılmalıdır".

 V.Kərimli bildirib ki, avtobus sürücüləri ilə yanaşı, xüsusi xidmət sürücüləri də təlimlərə cəlb edildikdən sonra onların işləməsinə icazə veriləcək.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır