Modern.az

I-IV qruplar üzrə ilk qəbul imtahanlarının TARİXLƏRİ açıqlandı

I-IV qruplar üzrə ilk qəbul imtahanlarının TARİXLƏRİ açıqlandı

Təhsil

11 Aprel 2017, 17:12

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən olunub.


Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.


Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaq.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı