Modern.az

İdlibdə kimyəvi silahdan istifadə təsdiqlənib

İdlibdə kimyəvi silahdan istifadə təsdiqlənib

19 Aprel 2017, 23:30

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə ilə bağlı məsələyə aydınlıq gətirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qurum İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib.  

 

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı bəyanatında bildirilir ki, üç nəfərin üzərində aparılan analizlərin nəticələri ölənlərin zarin və yaxud ona bənzər kimyəvi maddədən zəhərləndiklərini göstərib. Eyni nəticə xəstəxanada müalicə alan 7 nəfərdə də qeydə alınıb.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır