Modern.az

Fransada prezident seçkilərində Emmanuel Makron rəqiblərini QABAQLADI

Fransada prezident seçkilərində Emmanuel Makron rəqiblərini QABAQLADI

23 Aprel 2017, 21:43

Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri açıqlanır.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri Emmanuel Makron hələ ki öndədir. “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron səslərin 24 faizini alıb.

Onun əsas rəqibləri  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon və  "Fəth olunmamış Fransa” hərəkatının başçısı Jan-Lyuk Melanşondur. Həmin namizədlərin topladığı səs 20 faizdən azdır.

Qeyd edək ki, Fransada birinci tur prezident seçkilərində 11 namizəd iştirak edir. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir