24 noyabr 2017, Cümə
Ana Səhifə - DÜNYA - Hitlerin şəxsi bayrağının Stalinin ayaqları altına atıldığı PARAD...
Hitlerin şəxsi bayrağının Stalinin ayaqları altına atıldığı PARAD...
08.05.2017, 22:57

Moskvada Qızıl Meydanda Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbənin şərəfinə keçirilən Qələbə paradı SSRİ tarixində ən əlamətdar hadisələrdən biridir.

 

“Qələbə paradının keçirilməsi üçün təcili təkliflər hazırlansın”. Modern.az-ın məlumatına görə, bu, Stalinin 24 may 1945-ci ildə Kremldə qələbə münasibətilə keçirilən tədbirdə baş qərargah rəhbərliyinə verdiyi tapşırığı idi. Bir neçə günlük gərgin çalışmalardan sonra Qələbə paradının keçirilməsi ilə bağlı təkliflər Baş qərargah tərəfindən Stalinə təqdim olunub. Stalin ən xırda detallara belə diqqət yetirdikdən sonra razılığını bildirib. Amma təklifdə göstərilən 2 ay hazırlıq müddətinin üstündən xətt çəkib və onun yerinə  yazıb: “Qələbə paradı 24 iyun 1945-ci ildə saat 10-da başlayacaq”.

 

Bir ay ərzində Qələbə paradına ciddi hazırlıq işləri görülüb. Ali Baş Komandanın əmrinə əsasən, doqquz bənddən ibarət xüsusi direktiv hazırlanıb. Artıq iyun ayının 10-dan ayrı-ayrı döyüşən cəbhələrin alayları Moskvada məşqlərə başlayıblar.

Parad zamanı nəzərdə tutulurdu ki, alman hissələri və birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar da Moskvaya gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da hazırlanıb.

 


Təbii ki, parada hazırlıq dövründə Qələbə paradının kim tərəfindən qəbul ediləcəyi müzakirə edilməyib. Təşkilatçılar birmənalı şəkildə elə düşünüblər ki, Qələbə paradını Ali Baş Komandan İosif Stalin qəbul edəcək. Ancaq parada bir həftə qalmış Stalin marşal Georgi Jukovu öz bağına dəvət edib. Hzırlığın gedişi ilə maraqlandıqdan sonra soruşub:

- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?

İlk anda söhbətin nədən getdiyini anlamayan Jukov həmişə olduğu kimi qısa və aydın cavab verib:

- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də, uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə cəbhələrdə də vaxt tapanda at çapmışam.

-  Bu yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəçəksiniz. Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.

- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.

- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız,  tarşırığı yerinə yetirin.

Adətən Stalinin əmrləri, göstərişləri, təklifləri müzakirə olunmayıb. Çox nadir hallarda Stalinin söylədiklərinə marşal Jukovun fikir söyləmək cürəti çatıb. Ancaq bu dəfə Jukov dialoqun uzadılmasını mənasız sayıb.

Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək də Ali Baş Komandan Stalinin təşəbbüsü olub.

 

Nəhayət, iyunun 24-də Qızıl meydan 800 illik tarixində ən həyəcanlı anlarını yaşayıb. Hətta səhərdən yağan  leysan yağış meydan ətrafına toplaşan yüz minlərlə insanı bu tarixi hadisəni izləməkdən geri döndərə bilməyib.

 

Kreml saatının onuncu zəngi vurulduqdan sonra iki atın nallarının cingiltili səsi altında marşal Rokossovski marşal Jukova raport verib. Paradı qəbul edən Jukov qoşunların qarşısından keçərək şəxsi heyəti təbrik edib. Təbrikdən sonra o tribunada qısa nitq söyləyib. Daha sonra hərbi orkestrin səsləndirdikləri marş sədaları altında döyüşən cəbhələrin alayları Qızıl meydandan keçiblər.

Hava şəraitinin yağışlı olmasından Qələbə paradında aviamarş təxirə salınıb.

Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə gətirərək mavzoleyin qarşısındakı daşların üstünə, Stalinin qələbə qüruru ilə dayandağı tribunanın qarşısına atıblar. Birinci atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi deyil. Onların əlləri düşmən bayrağına dəyməmələri üçün belə ediblər və sonra həmin əlcəkləri yandırıblar.


Qələbə paradının ən maraqlı məqamlarından biri şinel geyindirilmiş itin marş sədaları altında Qızıl meydandan keçməsi olub. Bu keçid insanların sürəkli alqışları ilə qarşılanıb. “Culbars” adlandırılan bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd basdırılmış minanın tapılmasında istehkamçılara yardımçı olub. Qələbəyə çox az bir vaxt qalmış isə it yaralanıb. Bu haqda məlumatlı olan Stalin təşkilat komitəsinə əmr verib ki, öz şəxsi şinelini “Culbars”a geyindirib Qələbə paradında Qızıl meydandan keçməsini təmin etsinlər.

Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər və serjant heyəti iştirak edib. Qızıl meydandan 1850 hərbi texnika keçib.

 

Səhərisi gün isə iyunun 25-də Böyük Kreml sarayında 2500 nəfərin iştirakı ilə  qəbul keçirilib, ziyafət təşkil olunub.

 

İlham Cəmiloğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp Ərdoğana zəng edəcək   
24.11.2017, 16:52

Tramp Ərdoğana zəng edəcək  

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı
24.11.2017, 16:43

Ramiz Mehdiyev Patruşevlə müzakirə apardı

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir
24.11.2017, 16:39

Qanköçürmədə hepatitə yoluxan gəncin müalicəsi yarımçıq qaldı: 130 min tələb edilir

Roma Papasından yeni QADAĞA
24.11.2017, 16:24

Roma Papasından yeni QADAĞA

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıldı
24.11.2017, 16:21

Bir ailənin 4 üzvünü vurub qaçan sürücü saxlanıl

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM
24.11.2017, 16:08

Broyler şirkətləri fərdi təsərrüfatlara qarşı “MÜHARİBƏ” başladıblar - Kütləvi ÖLÜM

Əhliman Əmiraslanov konfransın açılışını etdi
24.11.2017, 16:05

Əhliman Əmiraslanov konfransın açılışını etdi

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  
24.11.2017, 15:59

İctimai Komitənin yeni koordinatoru: “Aktivliyi təmin etməliyik”  

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
24.11.2017, 15:57

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

Misirdə terror aktı zamanı 50 nəfər ölüb
24.11.2017, 15:52

Misirdə terror aktı zamanı 50 nəfər ölüb

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi
24.11.2017, 15:46

Prokuror general Novruzəli Orucovun oğluna cəza istədi

Mərakeşdə
24.11.2017, 15:39

Mərakeşdə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı oldu  

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı
24.11.2017, 15:39

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatdı

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  
24.11.2017, 15:24

Gəncləri intihara sürükləyən əyləncə - Azərbaycanda da “ÖLÜM OYUNU” haqda danışılır  

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR
24.11.2017, 15:12

Sovet kosmik sənayesinin “görünməyən adamı”nın Azərbaycan planları - TARİXİ FOTOLAR

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR
24.11.2017, 15:11

ABŞ-ın “51-ci bölgəsi” görüntüləndi - FOTOLAR

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı
24.11.2017, 15:04

Səudiyyə şahzadəsi Xamneyini “Hitler” adlandırdı

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
24.11.2017, 14:52

AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır
24.11.2017, 14:43

“Reket jurnalistlər”in istintaqı yekunlaşdı - Məhkəmə başlayır

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR   
24.11.2017, 14:37

Heydər Əliyevin silahdaşı Həsən Mirzəyev - Mərhum deputat anıldı - FOTOLAR  

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb
24.11.2017, 14:19

Moskvada azərbaycanlı sahibkar özünü yandırıb

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA
24.11.2017, 14:15

Azərbaycanda xərçənglə xəstələnən uşaqlar artıb - Qorxulu STATİSTİKA

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?
24.11.2017, 14:09

“Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində nələr olacaq?

İlham Əliyev 
24.11.2017, 14:01

İlham Əliyev "Şərq tərəfdaşlığı" sammitində iştirak edib- YENİLƏNİB

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 
24.11.2017, 13:54

General Elçin Quliyev: "Mətləb Mustafayev Eldar Mahmudovun sifarişi ilə həbs edilib" - MTN İŞİ 

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”
24.11.2017, 13:52

Sarkisyan: “Putin bunu heç vaxt mənə irad tutmayıb”

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...
24.11.2017, 13:48

Azərbaycandakı həqiqi və saxta seyidlər - Peyğəmbər nəslindən olmayan fırıldaqçılar...

“Danış ki, səni görüm” layihəsi başladı
24.11.2017, 13:36

“Danış ki, səni görüm” layihəsi başladı

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  
24.11.2017, 13:29

Azərbaycanlı deputatlar QDİƏT PA-nın iclasına gedirlər  

Bakıda avtobus piyadanı vurub öldürdü   
24.11.2017, 13:18

Bakıda avtobus piyadanı vurub öldürdü  

“Timsah” ləqəbli siyasətçi prezident olacaq
24.11.2017, 13:10

“Timsah” ləqəbli siyasətçi prezident olacaq

İki azərbaycanlı milyarderin çəkişməsində itirən kim olur...   
24.11.2017, 13:08

İki azərbaycanlı milyarderin çəkişməsində itirən kim olur...  

Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub
24.11.2017, 12:59

Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub

“Bakcell”in  dəstəyilə futzal turniri təşkil edilib
24.11.2017, 12:53

“Bakcell”in  dəstəyilə futzal turniri təşkil edilib

Dində faiz məsələsi...
24.11.2017, 12:52

Dində faiz məsələsi...

ARXİV