26 iyun 2017, Bazar ertəsi
Ana Səhifə - QARABAĞ - “Ermənistan rəhbərliyi üçün torpaqları müharibədə məğlub olub qaytarmaq daha məqbuldur, nəinki, sülh yolu”
“Ermənistan rəhbərliyi üçün torpaqları müharibədə məğlub olub qaytarmaq daha məqbuldur, nəinki, sülh yolu”
12.05.2017, 13:20

Eldar Namazov: “Qarabağda müharibənin başlaması Rusiyadan asılıdır”


Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. Bu haqda  ABŞ Milli Kəşfiyyat İdarəsinin dünyadakı risklər barədə hesabatında qurumun direktoru Daniyel Kouts bildirib. Onun sözlərinə görə, Azərbaycan və erməni tərəfinin  kompromislərə getmək niyyətlərinin olmaması  və ölkələr daxilində artan təzyiqlər Qarabağda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Politoloq Eldar Namazov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. O bildirib ki, Dağlıq Qarabağda müharibənin başlama ehtimalı çox yüksəkdir:

“Erməni tərəfi sülh danışıqlarında hansısa nəticə əldə etməyə imkan vermir. Ümumiyyətlə erməni siyasi elitasında belə  fikir formalaşıb ki,  heç bir erməni siyasətçi Dağlıq Qarabağın qaytarılması ilə bağlı razılığa imza atmamalıdır. Əgər torpaqlar qaytarılmalıdırsa, Azərbaycan tərəfi buna  yalnız güc tətbiq etməklə nail ola bilər. Yəni müharibədə məğlub olub o torpaqları qaytarmaq onlar üçün daha məqbuldur, nəinki, sülh yolu. Onların dırnaqarası siyasətçiləri üçün  saziş bağlayıb razılığa gəlmək daha təhlükəlidir”.


E.Namazovun fikrincə, Rusiya dövləti  hər iki tərəf arasında saziş təmin etməzsə, müharibə ola bilər:

“Yerevanda bu ab-havanı yalnız Rusiya sındıra bilər. Əgər Rusiya sazişi təmin etməsə, müharibə ola bilər. Rusiyanın əsas istəyi isə bu vəziyyəti dondurulmuş  şəkildə saxlamaqdır. Həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək imkanını əldən vermirlər. Rusiya beş rayonun qaytarılmasına razılıq verə bilər, amma bu hələ konfliktin tam həlli demək deyil. Statuslarla bağlı məsələlər qalır. Beş rayon qaytarıldığı halda Rusiya tərəfi sülhə məramlı məqsədlərlə qoşunlarını ora yerləşdirəcək. Bu da həmin dövlətin təsirini daha da gücləndirəcək.  

Rusiyanın iki yolu var: Vəziyyəti dondurulmuş halda saxlamaq; beş rayonu azad edib öz qoşunlarını Qarabağda yerləşdirmək və Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək.  Müharibənin başlaması Rusiyadan asılıdır”.

Günay RƏSULQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

26.06.2017, 11:33

Bu gün Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26.06.2017, 11:17

Gənc şair: “Populyar müğənnilər, TV-lər istedalı gənclərə haqsızlıq edirlər”

26.06.2017, 11:12

Qəndab Quliyevanın ölüm xəbəri yayıldı - Həkim TƏKZİB ETDİ

26.06.2017, 11:07

16 məzun buraxılış imtahanlarından qovuldu

26.06.2017, 10:28

Azərbaycanda telefon dəbi “ölüb” - SƏBƏBLƏR

26.06.2017, 10:13

Milli Məclis bu hakimləri vəzifədən azad edəcək - SİYAHI

26.06.2017, 10:07

"Bəzi dövlətlər Azərbaycanda dini qarışıqlıq salmaq istəyirlər"

26.06.2017, 10:05

Füzulidə şəhid ailələri, Qarabağ əlilləri üçün iftar süfrəsi açılıb

26.06.2017, 10:03

Ordumuzun ilk Qərargah rəisi: “Fəxr edirəm ki, müsəlman ordusunun generalı kimi güllələnirəm”

26.06.2017, 09:53

Azərbaycan məscidlərində bayram namazı qılındı

26.06.2017, 09:47

Ermənistan cəbhədə təxribatı davam etdirir

26.06.2017, 09:43

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

26.06.2017, 09:36

İmişlidə bir nəfər Araz çayında itkin düşüb

26.06.2017, 09:33

Göyətəsində 150 turist olan qayıq batdı: 6 nəfər boğuldu, 31 nəfər itkin düşdü

26.06.2017, 09:12

Ramazan qara bayram deyil, ağ bayramdır

26.06.2017, 09:02

Pakistanda partlayış - ölənlərin sayı 152-yə çatdı - YENİLƏNİB-2

26.06.2017, 00:44

Azərbaycan Ramazan bayramını qeyd edir  

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.25%)
- Dənizə gedə bilmirik(20.3%)
- Səhhətimizə mənfi təsir edir(18.5%)
- Əhvalım xoşallanır(11.1%)
- Məhsul qıtlığı yaranır(14.8%)
- Təsərrüfatıma ziyan dəyir(3.70%)
Yağış, dolu ruzi-bıərəkətdir(22.2%)