Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
Nazirlikdən bildirilib ki, tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.
Mirmahmud KAZIMOĞLU