Modern.az

ABŞ-dakı atışmada yaralıların sayı 28 nəfərə çatıb - Yenilənib

ABŞ-dakı atışmada yaralıların sayı 28 nəfərə çatıb - Yenilənib

Dünya

1 İyul 2017, 21:20

ABŞ-ın Arkanzas ştatının Litl-Rok şəhərindəki "Power Ultra Lounge" klubunda baş vermiş atışmada yaralananların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 25 nəfər odlu silahdan açılan atəşdən yaralanıb. Daha üç nəfər isə digər xəsarət alıb.

Qeyd edək ki, hadisə iyulun 1-ə keçən gecə konsertin qonaqları arasında münaqişə zamanı baş verib.

 

 

17:37

 

ABŞ-ın Arkanzas ştatının mərkəzi Litl Rok şəhərindəki “Power Ultra Lounge” adlı gecə klubunda atışma olub.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 17 nəfərin yaralandığı bildirilib.

Silahlı insidentə iki nəfər arasında yaranan mübahisə səbəb olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı