Modern.az

23 PKK terrorçusu zərərsizləşdirilib

23 PKK terrorçusu zərərsizləşdirilib

2 İyul 2017, 00:30

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib.

Məlumata görə, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.

Son 18 gündə PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub. Onlardan 4-ü qadınlardır. Antiterror əməliyyatları Siirt vilayətinin Pərvari rayonunda davam etdirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir