Modern.az

Konfederasiyalar Kubokunun bürünc medalını Portuqaliya qazandı

Konfederasiyalar Kubokunun bürünc medalını Portuqaliya qazandı

Dünya

2 İyul 2017, 21:01

Bu gün Konfederasiyalar Kubokunda bürünc medal uğrunda oyun keçirilib. Modern.az xəbər verir ki, üçüncü yer uğrunda Portuqaliya və Meksika komandaları üz-üzə gəlib. Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. Oyunun əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə bərabərlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas edib.

Əlavə olunan vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silva növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı