25 iyul 2017, Çərşənbə
Ana Səhifə - PARLAMENT - “Yol polisi deputatı qanunsuz saxlayıb incidir, amma məmurlara “çest” verib yola salır”  
“Yol polisi deputatı qanunsuz saxlayıb incidir, amma məmurlara “çest” verib yola salır”  
12.07.2017, 13:27

“Mənim deputatların inzibati məsuliyyətə cəlb olunmaması ilə bağlı açıqlamam müəyyən qurumlar tərəfindən  və sosial şəbəkələrdə düzgün qarşılanmadı. Bir qrup insan elə başa düşdü ki, guya, deputatlar özlərinə imtiyazlar tələb edirlər. Əksinə, mən nəinki imtiyazlar tələb etmək, mövcud imtiyazların ləğvinin tərəfdarıyam. Milli Məclisdə bu cür imtiyazların ləğv olunmasını, lazım gələrsə, deputat toxunulmazlığının aradan qaldırılması təklifini də irəli sürmüşəm. Buna görə də bəzən deputat yoldaşlarım məni qınayırlar”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

 

T.Kərimli bildirib ki, əgər mövcud Konstitusiyada deputat toxunulmazlığı haqqında müddəalar varsa, bunu icra etmək lazımdır.

“Əgər qanun pisdisə, onu dəyişmək lazımdır. Amma mövcuddursa, ona riayət etmək lazımdır. Hətta bəziləri deyir ki, deputat inzibati məsuliyyətə cəlb edilə bilər. Birbaşa Konstitusiyada, “Deputatın statusu haqqında” qanunda göstərilib ki, deputat məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb oluna bilməz. Deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Bu qanundur. Deputatın inzibati məsuliyyətə cəlb olunması qanunaziddir. Tutaq ki, yol polisi deputatı cərimə etdi. Deputat da həmin cəriməni ödəmədi və sən onu məhkəməyə verdin. Məhkəmə axı deputatdan inzibati məsuliyyəti tələb edə bilməz. Konstitusiya bunu qadağan edir. Mən yol polislərinə pis münasibət bəsləmirəm. Bu yaxınlarda Yaponiya səfiri ilə bir açılış üçün Ağsu rayonunda olduq. Mən orada Ağsu polislərinin peşəkarlıq səviyyəsini gördüm.
Vaxtilə Cəbrayıl rayonundakı Şaqax yüksəkliyində ermənilərin atdığı güllənin milis nəfərinin qulağına dəyməsi mənim ürəyimi bu gün də göynədir. Yəni mən düşmən deyiləm. Mən vəzifəsini insafla və vicdanla yerinə yetirən polislərimizi sevirəm” .

T.Kərimli deyib ki, mətbuatda kimlərsə bəyanat veriblər ki, deputatı cərimə edənə mükafat veriləcək.

“Mən bu insanlara məəttəl qalıram. Yüz min məmura bir söz deyə bilmirlər, 100 deputatdan nə istəyirlər? Bunlar bizdən nə istəyirlər? Əgər bir deputat özünə hörmət edə bilmirsə, qanunda göstərilən hallarla özünü müdafiə edə bilmirsə, xalqı necə müdafiə edə bilər? Mən 20-25 il əvvəl də deputat olmuşam.  Biz parlamentdə dövlətimizin taleyini həll etmişik. Müstəqil dövlətə çevirmişik. İndi deputat niyə bu qədər nüfuzsuz hala gətirilməlidir? Mən həmişə demişəm ki, istefa verib gedərəm, amma bir gün hörmətsiz deputat olmaram. Ona görə də deputatın statusu təmin olumalıdır, nüfuzuna xələl gətirilməməlidir. Yol polisi deputatı qanunsuz olaraq saxlayıb incidir. Amma Ali hakimiyyətin nümayəndələri olmayan məmurların qayğılarına qalırlar. Dəfələrlə görmüşəm ki, “çest” verib yola salırlar, bir kəlmə söz demirlər. Mən deputata göstərilən hörmətsizliklərin qəti əleyhinəyəm.  Polis xaqımızın bir hissəsidir. Amma başa düşmək lazımdır ki, millət vəkilinə hörmətsizlik millətin özünə hörmətsizlikdir. Dövlətimizi nüfuzdan salmaqdır. Deputat əlbəttə ki qaydanı pozmamalıdır, nümunəvi olmalıdır. Amma qaydanı pozubsa, müvaffiq orqanlar Milli Məclisin rəhbərliyinə müraciət etməlidir. Milli Məclis isə deputatın məsələsinə İntizam Komissiyasında baxmalıdır və ciddi qərar verməlidir. Mən  dəfələrlə sürücümə də, oğluma da demişəm ki, qaydaları pozmayın. Yol polislərinə, ümumiyyətlə polislərimizə hörmət edin. Çünki həmin polislər bizim dövlətimizin gerbini daşıyır. Hesab edirəm ki, millətimizin və dövlətimizin nüfuzu üçün millət vəkillərinə ehtiram lazımdır”.

 

Mirmahmud KAZIMOĞLU 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
24.07.2017, 20:36

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO
24.07.2017, 20:20

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO

Şura daha 9 QHT-yə maliyyə ayırdı
24.07.2017, 20:11

Şura daha 9 QHT-yə maliyyə ayırdı

İlham Əliyevin Macarıstana səfəri gözlənilir   
24.07.2017, 19:10

İlham Əliyevin Macarıstana səfəri gözlənilir  

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib
24.07.2017, 19:04

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb
24.07.2017, 18:27

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   
24.07.2017, 18:23

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı
24.07.2017, 18:15

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb
24.07.2017, 18:08

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   
24.07.2017, 17:57

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
24.07.2017, 17:44

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub
24.07.2017, 17:42

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb
24.07.2017, 17:36

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb

Müəllimlər üçün vakant yerlərin yekun SAYI
24.07.2017, 17:24

Müəllimlər üçün vakant yerlərin yekun SAYI

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu
24.07.2017, 17:20

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 
24.07.2017, 17:13

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)