22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Azərbaycan mediası öhdəlikləri yerinə yetirə bilirmi - fikirlər HAÇALANDI
Azərbaycan mediası öhdəlikləri yerinə yetirə bilirmi - fikirlər HAÇALANDI
15.07.2017, 15:03

Bir neçə gündən sonra Azərbaycanda Milli Mətbuat Günü qeyd ediləcək. Mətbuatımızın yaranmasından 142 il keçsə də, jurnalistikanın qarşısına qoyulan məqsəd və vəzifələr hələ də eynidir. Lakin hazırkı Azərbaycan mediası öz öhdəliyini yerinə yetirə bilirmi?

 

Bu istiqamətdə təbii ki, fikir müxtəlifliyi var. Kimisi, mediamızın vəzifəsini yerinə yetirdiyini düşünsə də, kimisi bunun əksini deyir.

 

Modern.az  bununla bağlı bir neçə baş redaktorun fikrini öyrənib.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı düşünür ki, digər sahələrdən fərqli olaraq bu gün Azərbaycan mediası üzərinə düşən missiyanı  daha dolğun və düzgün yerinə yetirir:

 

“Demək olar ki, Azərbaycan jurnalistlərinin əksəriyyəti  fədakardır. Onlar həm informasiyanın daxili auditoriyaya, həm də ölkədə baş verən hadisələri xaricə ötürmək baxımından peşəkardırlar. Bu gün jurnalistlərimiz Həsən bəy Zərdabinin qoyduğu ənənələrə uyğun fəaliyyət göstərir və cəmiyyətin aynası olmağa çalışır.

 

Təbii ki,  jurnalistlər sayəsində Azərbaycan müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində işlər gedir. Mediamız maarifçilik missiyasını  şərəflə davam etdirir. Hazırda texnoloji üstünlüklər jurnalistlərin daha alternativ və çevik olmasına şərait yaradır. Artıq ölkədə müxtəlif dillərdə saytlar, informasiya agentlikləri fəaliyyət göstərir. Yəni peşəkar jurnalist ordusu formalaşır. 

Eyni zamanda Azərbaycan mediası beynəlxalq standartlara uyğunlaşmağa başlayır. Düzdür, baxışlar fərqlidir və tənqidi fikirlər ola bilər. Təbii ki, hər bir  oxucunun öz maraqlarına cavab verən informasiyalar var. Bəzən jurnalistlərdən daha çox peşəkarlıq tələb edilsə də, onlar mövcud şərait və şərtlərin çərçivəsində fəaliyyət göstərirlər. Düşünürəm ki, mediamız öhdəsinə düşən vəzifəni yerinə yetirə bilir”.

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat  Hikmət Babaoğlu  ölkə başçısının medianın hamisi və dostu olduğunu qeyd edib. Onun fikrincə, bu sahə üzrə atılan addımlar medianın inkişafına təkan verir:

 

“Hər ötən gün medianın cəmiyyətdə rolu bir qədər də artır. Bu, informasiyanın cəmiyyətimizdə önəmi ilə əlaqədardır. Artıq informasiya məkanı daha da qloballaşır və böyüyür. Eyni zamanda insan həyatının bütün sahələrinə, hətta mənəvi həyatının dərinliklərinə qədər siraət edir. Bu gün  informasiya milli təhlükəsizliyin əsas komponentlərindən biri kimi çıxış edir. Ona görə hər bir ölkənin milli mətbuatının vəzifəsi müasir tarixi mərhələdə öz milli maraqlarını müdafiə etməklə informasiya sahəsində yeni inkişaf mərhələsinə addım atmaqdır.

 

Bu gün Azərbaycan mediası inkişaf dövrünü yaşayır. Mediamız həm fikir müxtəlifliyinə, orjinallığına, çoxşaxəliliyinə görə fərqlənir, həm də ötən illər ərzində Azərbaycan mediası yeni intellektual kefiyyətlər qazanıb. Bütün bunların hamısı ölkəmizdə medianın inkişafı üçün çox ciddi hüquqi əsasların yaradılması ilə bağlıdır. Bu gün Azərbaycanda müstəqil milli mətbuat formalaşıb. Hazırda Azərbaycan prezidenti mediamızın həm böyük hamisi, qayğıkeşi, həm də dostudur. Düşünürəm ki, milli mətbuatımızın inkişafında bu faktor çox ciddi rol oynayır.

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondu  mövcuddur. Bunun vasitəsilə nəzərdə tutulan tələblərə cavab verən bütün media orqanları şəffaf şəkildə maliyyələşdirilir. İqtidar, müxalif və müstəqil media nümunələri bərabər formada  bundan bəhrələnə bilir.

Bu gün olduqca əhəmiyyətli tarixi gün ərəfəsindəyik. İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Prezident tərəfindən jurnalistlərə ev veriləcək. Bu çox əlamətdar və mühüm hadisədir. Eyni zamanda bu, jurnalist peşəsinin nüfuzunun artırılması üçün böyük addımdır. Bu baxımdan Azərbaycan mediasına yeni kefiyyətlər gəlir və nəticə olaraq düşünürəm ki, mediamız öz vəzifəsini yerinə yetirə bilir”.

 

“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu Azərbaycan mediasının ağır vəziyyətdə olduğunu bildirib:

 

“Bütün dünyada mətbuatın əsas funksiyası məlumatlandırmaq, reklam etmək, düşündürmək və əyləndirməkdir. Yəni dörd, maksimum beş funksiyası var. Pis-yaxşı, Azərbaycan saytları bunu həyata keçirməyə çalışır. Amma bunu yüksək səviyyədə reallaşdırmaq mümkün deyil. Səbəb isə bu sektorun biznesinin olmamasıdır. Bu sahədə yüksək pullar dövr etmir. Bu sahənin təmsilçiləri və tanınan simaları ən kasıb insanlar olub. Dünyada isə bunun tam əksidir.

 

Azərbaycan mediası çox pis vəziyyətdədir. İqtisadi baxımdan ağır vəziyyətdə olan media üzərinə düşən vəzifəni yerinə yetirə bilməz”.

 

“Kaspi” qəzetinin baş redaktoru  İlham Quliyev mediamızın klassik öhdəliklərinin olduğunu və Azərbaycan mediasının bunları yerinə yetirməyə çalışdığını qeyd edib:

 

“Əlbəttə, Azərbaycan mediası üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyə çalışır. Ölkədə  baş verən hadisələrlə bağlı oxucuları maarifləndirir və informasiya bolluğu yaradır. O cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mediamızın çox böyük rolu var. Bu günkü Azərbaycan cəmiyyətini, dövlətini mediasız təsəvvür etmək qeyri mümkündür. Həm yazılı, həm də elektron media inkişafdadır və ildən-ilə özünü təkminləşdirmək üçün çalışır.

Medianın klassik öhdəlikləri var. İnformasiyanı olduğu kimi cəmiyyətə çatdırmaq əsas vəzifəmizdir. Son zamanlar medianın üzərinə Azərbaycan həqiqətlərini həm də bir  vətəndaş mövqeyi ilə ifadə etmək kimi missiya qoymuşuq. Bu baxımdan da  medianın öz işinin öhdəsindən  layiqincə gəldiyini görə bilirik”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru  Elçin Mirzəbəyli bugünkü media ilə bağlı müsbət düşüncədədir:

 

“Mətbuatın üzərinə düşən vəzifələr ilk növbədə obyektivlik və qərəzsizlikdir. Cəmiyyəti informasiya ilə təmin etmək, eyni zamanda  maarifçilik  missiyasını qeyd etmək lazımdır. Bu da milli mətbuatın ənənələrindən qaynaqlanır. Qənaətimə görə ənənəvi media, yəni klassik medianın ənənələrinə sadiq qalan mətbuat, prinsip etibarilə təbii ki, öz vəzifəsinin öhdəsindən gəlir. Buna saytlar, çap mediası və digər kütləvi informasiya vasitələri daxildir.  Bu günə qədər mövcud olan medianı qənaətbəxş hesab etmək olar. Lakin daha yaxşısını arzulaya bilərik”.

 

“Turan” İnformasiya agentliyinin  direktoru  Mehman Əliyev  mediamızın müstəqil olmadığını vurğulayıb:

 

“Azərbaycan mediası bu gün qarşısına qoyduğu vəzifəsinin öhdəsindən gələ bilmir. Çünki  ilk növbədə iqtisadi baxımdan müstəqil deyilik. Əgər onun iqtisadi baxımdan müstəqil fəaliyyət göstərməsinə imkan yoxdursa, deməli asılı vəziyyətə düşür.

 

Pulu verən sifariş edir və bu da xəbərlərin, məqalələrin, başqa növ informasiya məhsullarının obyektiv şəkildə cəmiyyətə çatdırılmasına mane olur. Əslində bu gün vəziyyət belədir. Siz telekanallara birbaşa baxanda orada əks fikir səsləndirən adam görə bilərsinizmi? 

 

Məsələn, bizə məlum olan müxalif təşkilatlar, simalar var. Axı bu insanların efirə çıxmasına icazə yoxdur. Sanki bunlar heç cəmiyyət həyatında iştirak etmir. O cümlədən  demək olar ki, əksər media vasitələrində vəziyyət eynidir. Ona görə də  media öz funksiyasını yerinə yetirə bilmir”

 

Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü
22.11.2017, 00:59

Yolu keçən qardaş-bacı vuruldu: 1 ölü

Separatçı rejimdə çevriliş - Video
22.11.2017, 00:43

Separatçı rejimdə çevriliş - Video

İraqdakı partlayışda 32 nəfər öldü
22.11.2017, 00:31

İraqdakı partlayışda 32 nəfər öldü

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar
22.11.2017, 00:14

Bankdan oğurluq etmək üçün 6 ay tunel qazdılar

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI
21.11.2017, 23:59

Qısa ömürdə böyük işlər görən azərbaycanlılar- MARAQLI

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil
21.11.2017, 23:44

İŞİD-in məğlubiyyəti təkcə bu terror qruplaşmasının məğlubiyyəti deyil

Tovuz sakinindən maraqlı ixtira - Video
21.11.2017, 23:18

Tovuz sakinindən maraqlı ixtira - Video

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı
21.11.2017, 23:02

"Beşiktaş" klubu Çempionlar Liqasının 1/8 finala vəsiqə qazandı

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO
21.11.2017, 22:46

Dövlət Komitəsi Hava limanındakı problemə aydınlıq gətirdi - VİDEO

Deputat tələbələrin problemlərinin həllini istəyir
21.11.2017, 22:30

Deputat tələbələrin problemlərinin həllini istəyir

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb
21.11.2017, 22:14

Apteklərdə yoxlama aparılmasına səbəb olan şikayətlər daxil olmayıb

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi
21.11.2017, 21:57

Kazan Məhkəməsi Azərbaycan vətəndaşını həbs etdi

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib
21.11.2017, 21:43

Toydan qayıdan iki maşın qəzasında yaralanan azyaşlı öldü - Yenilənib

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte
21.11.2017, 21:29

"Bizim üçün “Qarabağ”la oyun daha önəmlidir" - Antonio Konte

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi
21.11.2017, 21:16

Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI
21.11.2017, 21:00

Moskvanın 1-ci katibinə görə babasından qulaqburması alan Putin – PREZİDENTİN ETİRAFI

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı
21.11.2017, 20:42

Oğuzda təbiətə zərər vuranlar cəzalandırıldı

Zimbabve prezidenti istefa verdi - Video
21.11.2017, 20:28

Zimbabve prezidenti istefa verdi - Video

Paytaxtın bu rayonu qazsız qalacaq
21.11.2017, 20:02

Paytaxtın bu rayonu qazsız qalacaq

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib
21.11.2017, 19:50

Zimbabve prezidentinə impiçment elan edildi - Yenilənib

Ən təhlükəli parollar açıqlandı
21.11.2017, 18:58

Ən təhlükəli parollar açıqlandı

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”
21.11.2017, 18:52

Deputatdan kəskin İTTİHAM: “Bank sistemi dağılır, 40 min insan küçədədir”

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ
21.11.2017, 18:41

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır — MÜSAHİBƏ

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”
21.11.2017, 18:21

Fədayə Laçının vəkili: “O, ev dustağı olmaq istəyir”

Jirinovski Rusiya prezidenti olmaq istəyir
21.11.2017, 18:04

Jirinovski Rusiya prezidenti olmaq istəyir

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”   
21.11.2017, 17:59

“Yol polisinin cərimədən 25 faiz qazanmaq üçün canfəşanlıq etməsi fikri əsassızdır”  

BDU müəllimlərin maaşını qaldırdı
21.11.2017, 17:53

BDU müəllimlərin maaşını qaldırdı

Saakaşvilinin işinə baxan hakim qovuldu
21.11.2017, 17:51

Saakaşvilinin işinə baxan hakim qovuldu

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü   
21.11.2017, 17:39

Hikmət Babaoğlu tələbələrlə bağlı təklif irəli sürdü  

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi
21.11.2017, 17:31

Deputat tıxacların aradan qaldırılması üçün təklif verdi

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”
21.11.2017, 17:27

“4600 məcburi köçkün qəzalı binada yaşayır, kişi ilə qadın eyni tualet növbəsində dayanır”

Amerikalı alim Aşıq Şəmşir muzeyində
21.11.2017, 17:19

Amerikalı alim Aşıq Şəmşir muzeyində

Dolların sabahkı məzənnəsi
21.11.2017, 17:19

Dolların sabahkı məzənnəsi

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…
21.11.2017, 17:07

Azərbaycan Cümhuriyyəti Mədəniyyət Nazirliyi yaratmaqdan niyə çəkindi…

Misir Kiprdəki tarixi əsərləri geri alır
21.11.2017, 17:07

Misir Kiprdəki tarixi əsərləri geri alır

ARXİV