Modern.az

“İmportnu ər”

“İmportnu ər”

21 İyul 2017, 15:01

Hidayət Elvüsal


- Qızım, sənə paltar alım.

- Al, papa, qurbanın olum.

- Qızım, sənə tufli alım.

- Davay, papa, qurbanın olum.

- Qızım, sənə bab-bab alım.

- Oxay, papa, qurbanın olum.

- Qızım, səni,

Qızım, səni,

Qızım, səni

Ərə verim.

- Yox, papa, qurbanın olum.

Yox, papa, qurbanın olum.

- Qızım, papanın sözünə baxmırsan? Axı mən kişiyə söz vermişəm.

- Hansı kişiyə?

- Qonşumuz Əli müəllimə. Səni oğluna istəyir. Yaxşı oğlandı, tərbiyəlidi, aspirantdı…

- Aspirant? Papa, bu aspirantların hamısının mədəsi qastrit olur. Papulya, bilirsən, mən… mən importnı ər istəyirəm.

- Necə? İmportnı ər? Qızım, sən nə danışırsan? Bu ər köpəy oğlu super marketdə-zadda satılır ki, gedib alaq?

- Papulya, mağazadan almaq lazım deyil. İndi bilirsən də gediş-gəliş çoxalıb. İnostrannılar şəhərdə doludu. Podruqalarımdan üç-dördü onlara ərə gedib.

- Necə gediblər, qızım?

- Papulya, yaxınlaşırlar inostrannılara, bir az işvə-naz… sonra… necə deyim e… filan, i vsyo. Olur importnu ərin.

- Bərəkallah!

- Papa, importnı ər moddu də… Görmürsən, modnı qızlar mehmanxanalardan, sərgilərdən əl çəkmirlər. Əlləri bir adama çatmayanda şəkillərini verirlər ki, o tərəflərdə bəyənib eləyən olsa…

- Göndərmisən?

- Nəyi?

- Şəklini!

- Çoxdan, papulya.

- Hə, indi belə çıxır ki, oturub importnu yeznəmi gözləməliyəm…

- Yox, papulya, üç gündür ki, bizdə yatır. Sən bağda olanda gəlib.

- Nə?...

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı