Modern.az

Uzatma dəə…

Uzatma dəə…

27 İyul 2017, 17:05

Hidayət Elvüsal


Üz-üzə gələndə salamlaşmaq, hal-əhval tutmaq yaxşı şeydir. Mehribançılıq yaradır, sevgi oyadır, məhəbbət düzəldir.

Amma bu hal-əhval tutmağın da bir həddi-hüdudu, necə deyərlər, mənası, reqlamenti lazımdır. Bir də görürsən tələsdiyin məqamda Məmmədəli çıxır qabağına. Gülümsünüb əl uzadır:

- Necəsən?

- Yaxşıyam, çox sağ ol, sən necəsən?

- Pis deyiləm. Uşaqlar necədir?

- Yaxşıdılar. İşin-gücün?

- Yaxşıdı. Səninki?

- Pis getmir. Ev-eşik?

- Babatdı…

- Maaşın, dolanacağın…

- Yaxşıdı.

- Ayaqqabın sancılanıb eləmir ki?

- Yox, sancılanmır. Corabım apendisit olmuşdu. İndi salamatlıqdı.

- Siz tərəflərdə havalar?

- Günəşlidi…

- Mal-qoyun?

- Tətil eləyiblər. Nə süd verirlər, nə ət, nə də yun…

- Toyuq-cücə…

- Su içib Allaha baxa-baxa yumurtlamağın yeni metodlarını hazırlayırlar…

- Balaca böyüyür?

- Yox, böyüyə bilmir, balacalanır.

- Elə əvvəlki arvadla yaşayırsan…

- Hə…

- Can-can. Sənin işin ağırdı. Mən üçüncü dəfə evlənmişəm. Bilirsən necə oldu? Qulaq as…

Başlayır də. Bir azdan huşunu itirirsən. Özünə gəlib gözünü açanda görürsən ki, dişlərini ağardır.

- Dedim sən öl səni alacağam… 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir