Modern.az

Çin ABŞ-ı suverenliyini pozmaqda ittiham edir

Çin ABŞ-ı suverenliyini pozmaqda ittiham edir

Dünya

11 Avqust 2017, 00:33

Çin Amerikaya məxsus hərbi gəminin Cənub Çin dənizindəki mübahisəli Spratli adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.  Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.  

Məlumata görə, Amerikanın “Con Makkeyn” esminesi Çin hökumətinin razılığı olmadan Nanşa (Spratli) adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb.

Qeyd edək ki, bu gün ABŞ-ın “Con Makkeyn” hərbi gəmisi Çinin Cənubi Çin dənizində öz maraq zonası saydığı mübahisəli adaların 12 mil (22 km) yaxınlığından keçib.

ABŞ komandanlığından isə bildiriblər ki, əməliyyat azad gəmiçiliyin təmin edilməsi məqsədilə keçirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü