Modern.az

Gəncədə oğul anasını döyüb

Gəncədə oğul anasını döyüb

16 Avqust 2017, 21:41

Gəncədə döyülmə faktı qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1949-cu il təvəllüdlü Lyudmila Səfərova oğlu tərəfindən vəhşicəsinə döyülüb. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə köçürülüb. Məlumata görə, qadının oğlu alkoqol düşkünüdür və o, spirtli içkini qəbul etdikdən sonra onun şüşə qabı ilə anasını döyüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...