Modern.az

53 yaşlı baş redaktor: “Duyğulandım”

53 yaşlı baş redaktor: “Duyğulandım”

21 Avqust 2017, 16:57

Bu gün "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin doğum günüdür. Onun 53 yaşı tamam olur.

 

Bununla bağlı Modern.az olaraq Rəşad Məcidlə həmsöhbət olmaq istəsək də təəssüf ki, bu, istədiyimi kimi alınmadı.  Lakin qısa da olsa təəssüratlarını öyrənə bildik. Əslində R.Məcidin də bildirdiyi kimi bir insan doğum günündə özü haqqında nə deyə bilər ki…O, həmçinin bildirib ki, 53 heç yuvarlaq rəqəm də deyil:

 

“Hazırda xaricdə olsam da, doğum günümlə əlaqədar təbriklər alıram. Bu baxımdan hər kəsə öz minnətdarlığımı bildirirəm. Həmkarlarım, yaxınlarım, dostlarımın yazdıqlarını oxuyuram. O cümlədən Türkan Turanın yazısı ilə də tanış oldum. Düzü, oxuyarkən duyğulandım. Bir daha təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm”.

 

Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib.

 

1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə "525-ci qəzet"i təsis edib. 1993-cü ildə "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.

 

1995-ci ildən "525-ci qəzet"in baş redaktorudur.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir