Modern.az

Əsəd İŞİD-dən alınan torpaqlarda namaz qıldı

Əsəd İŞİD-dən alınan torpaqlarda namaz qıldı

1 Sentyabr 2017, 15:18

Suriya prezidenti Bəşər Əsəd İŞİD-dən alınan torpaqlarda görüntülənib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd bayram namazını geri alınan şəhərdə qılıb.

Məlumata görə, Suriyanın dövlət televiziyası Kalamunun qərbindənki Qara şəhərdə yerləşən məsciddə namaz qılan Bəşər Əsədin görüntülərini yayıb.

Məscidin imamı Bəşər Əsədə onun sayəsində təhlükəsizliyə qovuşduqları üçün əşəkkür edib.

Qeyd edək ki,ötən həftə Suriya ordusu Qara şəhəri İŞİD-dən geri almışdı.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir