20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Tarixə dönmüş itkin POLİSLƏR...
Tarixə dönmüş itkin POLİSLƏR...
13.09.2017, 13:52

Polisimizin yarandığı gündən dövrümüzə baxanda gözlərimiz önundə möhtəşəm bir tarix canlanır. O şanlı tarixi yaradanların davamçıları bu gün  Azərbaycanda əmin-amanlığı qoruyur, sabitliyin keşiyində ayıq-sayıq dayanırlar.


Tarixin yaddaşında ağlı-qaralı şəkil kimi qalan XX əsrdə düşmən Vətən torpaqlarını işğal edəndə işi “perestroykadan” sonra onsuz da çətinləşən həmkarlarımız daha  ağır sınaqlarla üzləşdi. Səngərlərdə əsgər kimi əldə silah həm vətəni qorudular, həm də kriminogen ünsürlərlə mübarizə apardılar. Vətən adına və içdiyi anda xələl gəlməsin deyə ölümün gözünə dik baxıb şəhidlik zirvəsinə ucalanlar da oldu. Eləsi də oldu ki, əlini, ayağını, gözünü qurban verib yarım canla da olsa bütövlüyümüz üçün “Yarım ürək yarım ömrə bəs elər” nisgili ilə yaşadı. Sələflərimizin bircə şüarı vardı: Təki Vətən sağ olsun!


Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Polisinin göstərdiyi şücaətləri eşidəndə, o odlu-alovlu yollardan keçənlərlə həmsöhbət olanda, onların ömür yoluna nəzər salanda, bir az da obrazlı desəm, hərdən naşükürlüyümüzə acıyıram. Məhz acıyıram. Bəzən bir çətinə düşəndə və ya nəyəsə biganəlik nümayiş etdirəndə o oğullar gəlib durur gözlərimin önündə. Elə bil kimsə sakitcə pıçıldıyır: Eh, sən hələ nə görmüsən ki?..


Yazılmış və yaşanmış qəhrəmanlığı yenidən yazıya almaqla, əslində, bu gün belə bir ağır mövzunun ağırlığının altına çiyinlərimi verməklə məsuliyyət daşıdığımı yaxşı bilirəm. Qorxmadığımı hiss etdirmək istəsəm də içimdən gələn bir səs “Xatırla və xatırlat” deyir mənə...


“Nə yaxşı xatırladınız, nə yaxşı ki, onları yada saldınız. Elə bilirdik ki, unudulmuşuq, elə bilirdik ki, bizi də, onları da daha axtarmayacaqlar”. Bəli, belə deyirdilər, doğmalarını axtaranların yaxınları, əzizləri. Hələ də gözlərini yollara dikənlərin, oğlunu, yoldaşını, qardaşını sonuncu dəfə geyindiyi paltarda üstündən iyirmi ildən çox keçsə də axtaranların acısını nə anlatmaq olur, nə də ki, yazıya almaq. “Öldü, qaldı xəbəri gəlməyən balamla mən də hər gün ölürəm”,- deyən ananın ağ saçlarından və nuru itmiş, qarası getmiş gözlərindən utanmışdım həmin gün. Dilimdəki sözlər sanki kilidlənmişdi, söz tapmamışdım deməyə...


Bu gün də onların adını oxuduqca danışmağa söz tapmıram. Vətənimin hər yerindən var içlərində-ağdamlı, kəlbəcərli, qubalı, qazaxlı, bakılı...Bu siyahını çox uzatmaq olar, çox...


Bəzi ağzıgöyçəklər kimi vətəni bölgələrə bölməmişdilər səsi, sorağı bu gün də gəlməyən oğullar. Onlar qeyrət üçün, namus üçün, torpaq üçün döyüşmüşdülər və səssiz, səmirsiz də tarixə döndülər. İndi onların yerinə sükut danışır...


Gəlin, tanıyaq o oğulları:


Kəlbəcər RPŞ-nin əməkdaşı, polis baş serjantı Allahverdiyev Famil Heydər oğlu  1994-cü ilin yanvar ayının 25-də Kəlbəcərdə itkin düşüb.


Ağdam RPŞ-nin əməkdaşı, polis baş serjantı Ağayev Həsənalı Kommunist oğlu 1993-cü ilin iyunun 13-də Ağdamda itkin düşüb.


Nsimi RPİ-nin əməkdaşı, polis kapitanı Əhmədzadə Şahin Əyyub oğlu 1992-ci ilin may ayının 8-də itkin düşüb.


Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Əliyev İman Qanboy oğlu 1993-cü ilin 22 iyununda Ağdamda itkin düşüb.

        
Qax RPŞ-nin əməkdaşı, polis baş leytenantı Məmmədov Əhməd Müstafa oğlu Şuşanın işğalı zamanı itkin düşüb.

        
Qax Rayon Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı Lətifov Rəcəb Lətif oğlu 1992-ci il mayın 8-də itkin düşüb.

        
Xocalı Mühafizə Bölməsinin əməkdaşı, polis serjantı İlyasov Əhməd Məhəmməd oğlu Xocalının müdafiəsi zamanı itkin düşüb.

        
Ağdam RPŞ-nin əməkdaşı, polis serjantı Mustafayev Həsən Rəhbər oğlu 1992-ci il 13 iyunda Ağdamda itkin düşüb.


Zəngilan RPŞ-nin əməkdaşı, polis leytenantı Paşayev Sabir Əziz oğlu 1993-cü ilin oktyabrında Cəbrayılda itkin düşüb...

 

        
Hafiz Təmirov,
polis mayoru


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Trampın BMT-dəki çıxışı – ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?
20.09.2017, 13:25

Trampın BMT-dəki çıxışı – ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı
20.09.2017, 13:25

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi   
20.09.2017, 13:20

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi  

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ
20.09.2017, 13:17

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı   
20.09.2017, 12:59

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı  

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır   
20.09.2017, 12:43

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır  

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı
20.09.2017, 12:38

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa
20.09.2017, 12:33

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa

Sabahın hava PROQNOZU açıqlandı  
20.09.2017, 12:31

Sabahın hava PROQNOZU açıqlandı  

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ   
20.09.2017, 12:24

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ  

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb
20.09.2017, 12:16

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı
20.09.2017, 12:13

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...
20.09.2017, 12:10

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər
20.09.2017, 12:09

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər

Gəncədə 11 evdən oğurluq edən tutuldu
20.09.2017, 12:07

Gəncədə 11 evdən oğurluq edən tutuldu

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı
20.09.2017, 12:05

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  
20.09.2017, 12:00

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  

Vəkili Akif Çovdarova bəraət istəyib
20.09.2017, 11:50

Vəkili Akif Çovdarova bəraət istəyib

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....   
20.09.2017, 11:49

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....  

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var
20.09.2017, 11:42

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır
20.09.2017, 11:36

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı
20.09.2017, 11:35

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi
20.09.2017, 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi   
20.09.2017, 11:27

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi  

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək
20.09.2017, 11:04

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib
20.09.2017, 11:00

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

İndoneziya səfiri ADU-da dərs keçib
20.09.2017, 10:59

İndoneziya səfiri ADU-da dərs keçib

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir
20.09.2017, 10:52

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir

Trampı “yeni Hitler” adlandırdılar
20.09.2017, 10:10

Trampı “yeni Hitler” adlandırdılar

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi
20.09.2017, 10:02

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi

Meksikada 7 bal gücündə zəlzələ: 226 ölü
20.09.2017, 10:00

Meksikada 7 bal gücündə zəlzələ: 226 ölü

Yaxın zamanlarda bələdiyyələrin torpaq davasına son qoyula bilər
20.09.2017, 09:58

Yaxın zamanlarda bələdiyyələrin torpaq davasına son qoyula bilər

“Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”
20.09.2017, 09:58

“Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA   
20.09.2017, 09:46

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA  

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?   
20.09.2017, 09:26

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.5%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.31%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.6%)
- Məhərrəmlık əsl İslama ziddir(30.4%)