Modern.az

BMT Azərbaycana qarşı cinayət törədənləri necə cəzalandıra bilər? - VİDEO

BMT Azərbaycana qarşı cinayət törədənləri necə cəzalandıra bilər? - VİDEO

Aktual

22 Sentyabr 2017, 12:08

İlham Əliyev ötən gün BMT-də çıxış edən zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasına diqqət çəkdi. Prezident nitqində Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsini beynəlxalq aləmdəki ikili standartlarla əlaqələndirib.

 

“Artıq 25 ildən artıq müddətdir ki, Ermənistan Azərbaycanın 20% torpaqlarını və daha 7 ətraf rayonu işğalda saxlayır”-deyə dövlət başçısı qeyd edib. O, Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu deyib.

 

“Vesti Kavkazz”ya açıqlama verən siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov BMT və digər beynəlxalq strukturların Ermənistanı qərarların icrasına vadar etmək gücündə olduğunu deyib.

“Dünyadakı istənilən kiçik dövlət ondan daha böyük və güclü olan ölkənin tabeçiliyndədir. Beynəlxalq münasibətlərin bu unikal qanunu Ermənistan rəhbərliyinin siyasi iradəsi ilə yanaşı, qətnamələrin icrasına yol aça bilərdi”. Kuznetsovun fikrincə, Ermənistanın ağası rolunda əvəllər Rusiya çıxış edirdi. Onun fikrincə, son vaxtlar rəsmi Yerevan Moskvaya qarşı demarş edərək Avroatlantik məkana siqnallar ötürmək istəyir.

 

“Əgər nəzərə alsaq ki, ABŞ-ın dünyada ən böyük ikinci səfirliyi Yerevanda yerləşir, onda rahat şəkildə deyə bilərik ki, Yerevanın real təsir rıçaqları Rusiya deyil, ABŞ-ın əlindədir”.

 

Kuznetsov Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq hüquqa görə hərbi cinayətkar olduğunu da vurğulayıb.

 

Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov isə “Kazan formula”nun bu münaqişəni nizamlayacağını deyib.

“İlk növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalı, bunun əvəzində Ermənistana 2 nəqliyyat dəhlizi və blokadadan çıxmaq şansı tanınmalıdır. Təbii ki. azərbaycanlılar işğal alıtndakı torpaqlara döndükdən sonra erməni çoxluğu qalacaq lakin bu həm də münaqişənin müasir həll yolunu göstərəcək” – deyə Markov deyib.

 

Markovun fikrincə, Sarkisyanın Xocalı soyqırımında iştirakı rəsmi Yerevanın danışıqlardakı mövqeyini zəiflədir.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı