Modern.az

Türkiyə Parlamenti fövqəladə vəziyyət rejimini daha 3 ay artırdı

Türkiyə Parlamenti fövqəladə vəziyyət rejimini daha 3 ay artırdı

17 Oktyabr 2017, 22:47

Türkiyə Böyük Millət Məclisinə (TBMM) fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması barəsində qərar qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin bununla bağlı Türkiyə Böyük Millət Məclisinə oktyabrın 16-da təqdim etdiyi qanun layihəsi qəbul edilib.

Qərar oktyabrın 19-da Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minəcək və 2018-ci il yanvarın 19-dək davam edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır