Modern.az

Qulamhüseyn Əlibəyli: “Bu perspektivi yaxşı görürəm”

Qulamhüseyn Əlibəyli: “Bu perspektivi yaxşı görürəm”

10 İyun 2011, 11:25

Aydınlar Partiyası müxalifətin inteqrasiyası ilə bağlı aparlan prosesdə iştirak edir. Bu barədə partiyanın sədri Qulamhüseyn Əlibəyli Modern.az-a açıqlamasında bildirib. Partiya sədrinin sözlərinə görə, müzakirələrlə bağlı hələki real nəticələr olmasa da, bu prosesə qatılan təşkilatlatlarla söhbətlər aparılır.

“Müxtəlif görüşlər olur, müəyyən məqamlar var ki, mən də iştirak edirəm. Müxalifət əslində geniş anlayışdır, hamını əhatə etmir. Bir neçə adam deyə bilər ki, “müxalifət mənəm və başqalarını qəbul etmək istəmirəm”. Qeyd edim ki, biz görüşlərdə İctimai Palataya üzvlüklə bağlı müzakirələr aparımırıq. Başqa partiyalarla müəyyən söhbətlərimiz olur”.

Q. Əlibəylli bildirib ki, müxalifətdaxili inteqrasiyaya normal yanaşır. “Mən həmişə deyirəm ki, Azərbaycan iqtidarı siyasəti inhisara alıb. Deyir “siyasi hakimiyyət ancaq mənə məxsusdur”. Müxalifət daxilində müəyyən qrup adamlar var ki, deyir ki, “müxalif mənəm”. Yəni o da müxalifəti inhisara almaq istəyir. O baxımdan müəyyən problemlər var. Mən hesab edirəm ki, müxalif partiyaların bir araya gəlməsi daha yaxşıdır”-deyə Aydınlar Partiyasının sədri vurğulayıb.

Q. Əlibəylinin fikrincə, müxalifətin birləşməsinin perspektivini görür.    

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı