Modern.az

Moskvadan Bayramov-Mirzoyan görüşünə REAKSİYA

Moskvadan Bayramov-Mirzoyan görüşünə REAKSİYA

8 May 2024, 16:43

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır.

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin təşviqinə yardım etməyə hazırıq”, - deyə Zaxarova bildirib.

O xatırladıb ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Zaxarova qeyd edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi