Modern.az

ABŞ Azərbaycan və Gürcüstan gömrükçüləri ilə qatarları YOXLAYACAQ

ABŞ Azərbaycan və Gürcüstan gömrükçüləri ilə qatarları YOXLAYACAQ

30 Oktyabr 2017, 10:39

 

30 oktyabr- 13 noyabr tarixlərində ABŞ Səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlim keçirəcək.

 

Modern.az-ın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekta deyib ki, Amerikadan olan mütəxəssislər beynəlxalq sərhədlərdən keçən sərnişin və yük qatarlarını yoxlayan Azərbaycan və Gürcüstanın sərhəd mühafizəçiləri ilə müdaxilə etmədən (qeyri itkisiz) yoxlama avadanlığından istifadə edəcək. Həmçinin  yoxlama üsullarını və ən yaxşı bacarıqlarını paylaşacaqlar.

 

"12 Azərbaycan və eyni sayda Gürcüstan gömrük işçiləri qaçaqmalçılıqla bağlı problemləri həll etmək üçün qarışıq heyətlərdən ibarət kursda iştirak edəcəklər. Praktik məşğələlər yük və şərnişin vaqonlarında qaçaq malın axtarışlarını əhatə edəcək.

 

Bu təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması və qeyri-qanuni daşınmaların qarşısının alınması sahəsində sahəsində Azərbaycan və Gürcüstanın təcrübəsinin artırılmasıdır. Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən  Azərbaycan, Gürcüstan , kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və sərhədlərin qorunması üzrə stateji əməkdaşlığın möhkəmləndirilməsini vacib hesab edir.

 

EXBS proqramı Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzun müddətdir əməkdaşlıq edir. Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üçün birgə əməkdaşlıq edirik".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir