Modern.az

Milyonçu Tağıyevin dağılmaqda olan evinin qəribə inşa tarixi - FOTOLAR

Milyonçu Tağıyevin dağılmaqda olan evinin qəribə inşa tarixi - FOTOLAR

26 Dekabr 2017, 00:57

XX əsrin əvvəllərinin neft milyonçularından olan messenant Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evinin və Neftçaladakı tikilisinin dağılması barəsində xəbər mətbuatda böyük rezonans yaratdı. Tağıyevin irsini, həyatını araşdıran alim Fərhad Cabbarovun qaldırdığı bu problemə ictimaiyyət biganə qalmadı.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Modern.az-a açıqlamasında Tağıyevə məxsus həmin tikilinin qəribə inşa tarixçəsindən danışıb:

 

“Bu villanın tikilməsi tarixi çox qəribədir.  Tağıyevə xəbər verirlər ki, bəs Mərdəkan qumsallıq içindədir və əhali toz-torpaq içərisində yaşayır. Bunu eşidən xeyriyyəçi Mərdəkana gəlir və vəziyyəti görürür. Şəxsi vəsaiti hesabına 1895-ci ildə Mərdəkanda açdığı bağbanlar məktəbi, daşlıq və qumsallıqda saldığı təcrübə pöhrəliyi ixtisaslı bağbanlar dəstəsinin yaranmasına böyük təkan verdi. Varlı adamların bu əraziyə köçməsi üçün ilk olaraq 1893-cü ildə mülki mühəndis Yuzef Qoslavskiyə burda ona villa tikməyi tapşırır. İki ilə villa hazır olur. Bundan sonra Əsədullayevin villası, Aşurbəyovun villası, Muxtarovun villası və hətta erməni Aramyanın da villası burda tikilir. Sonradan Hacının təkidi ilə erməni Aramyan villanı əvvələr xanəndə olan, sonradan neft milyonçusuna çevrilən Seyid Mirbabayevə satır. Hacı Seyidə pul verib Tiflisə Seyidi göndərir ki, Bakının bu qədim yerində ermənilərə məxsus ev olmalı deyil. “Get, al. Maddi gücün çatmasa, yenə verəcəm. Amma ev azərbaycanlılara qalmalıdır”,- deyir.

 

 

Bolşeviklər Bakıya  gələndə ruslar Hacının villasında ateistlər məktəbi açmaq istəyirdilər. Bu barədə hətta Bakıda keçirilən bolşeviklərin iclasında müvafiq qərar da qəbul edilir. Amma bunu eşidən Nəriman Nərimanov dərhal qərara qarşı çıxır. Onun ailəsinin təhsil haqqını uzun zaman ödəyən Hacını dəvət edir və  haqqında müsbət məzmunlu məktub yazaraq,  Leninə göndərir. Qeyd edir ki, Hacı milyonçu olan zaman kasıblara, fəhlələrə dəstək olub. İnqilabçılara gilzincə maddi dəstək göstərib. Bu vaxtadək qeyrətli Hacının ümumi camaat və millət işlərinə bir milyon manata qədər xərci olubdur. Lenin cavabında yazır ki, Hacı nə istəsə, verin. Nərimanov Hacının yanına gedir və ondan nə kömək lazım olduğun soruşur. Hacı cavab verir ki, bəs hər nəyim var idisə, aldız. Qurbandır sizlərə. Amma Mərdəkandakı bağ evimi verin orda yaşayım. Ömrümün sonuna qədər burda qalım və mənim meyidim bu evdən çıxsın.

 

 

Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə, ailəsi ilə birlikdə yaşamaq üçün Mərdəkandakı bağ evini verirlər”.

 

E.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü