Modern.az

İnternet çıxandan “mən dindaram” deyənlərin sayı AZALIB…

İnternet çıxandan “mən dindaram” deyənlərin sayı AZALIB…

Aktual

29 Dekabr 2017, 11:01

Gündəlik olaraq hər yerdə təzə bilgilərlə qarşılaşırıq. İnternet həyatımızı və informasiyaya çatmaq sürətimizi asanlaşdırıb. İnternet sayəsində dünya alimlərinin müxtəlif araşdırmaları ilə tanış olmaq da mümkündür.

 

Modern.az xarici KİV-lərə istinadən hər kəsdə təəccüb yaradacaq psixiatr və psixoloqların araşdırmalarına əsaslanan məlumatları təqdim edir.

 

“Furnham& Chamoro-Premuzic’in araşdırmasına görə şəxsiyyət özəllikləri insanın akademik uğuru mövzusunda ön cərgədə dayanır. Dürüst, özünə qapalı və açıq fikirli olmayan insanlar digər insanlara görə akademik həyatlarında daha uğurlu olurlar.

 

Zəka qismən genetikdir

 

Bəzi insanların beynində digərlərinə görə daha çox kimyəvi maddə var. Bu da belə  insanların digərlərinə görə niyə duyğusal olduğunun sübutudur.

Hər hansı bir şeyə fokuslandığınız zaman beyniniz digər hər şeyi tam önünüzdə dursa belə görməzdən gələcək. Bu seçici diqqət adllanır.

İnsanlar yalnızca beyninin 10%-ini istifadə edir iddiası irəli sürülsə də, əslində beynimizin 35%-ə qədərini istifadə edirik.

Əgər siz əsnədikdən sonra ətrafınızda başqa biri əsnəyirsə, bu vəziyyət ya o insanın sizi izlədiyi ya da sizdən təsirləndiyini mənasına gəlir.

 

Kişilər ümumi olaraq açıq saçlı, böyük, parlaq gözlü, parlaq saçlı və gül rəngi dodaqlara sahib qadınları çəkici sayırlar. Bu özəlliklərin sağlam və ideal qadınların özəllikləri olduğunu və onların nəsil artırma üçün ideal partner olduğunu düşünürlər.

 

Kefiniz olmayanda üzünüzdə saxta gülümsəmə olsa belə bu gülümsəmə özünüzü yaxşı hiss etməyinizə və bunun sayəsində xoşbəxt olmağınıza kömək edir.

 

Həddindən artıq stress beyin hüceyrəsini və beynin işini dəyişdirə bilir.

Hansısa davranışın alışqanlıq formulunu alması üçün 66 gün lazımdır.

İnsan zehnindən gündə ortalama 70.000 düşüncə keçir.

Bir çox insanda geri dönüş önyarqısı , yəni bir hadisəni- zəlzələ, sel, fırtınanı əvvəlcədən təxmin etmə hissi var.

Hər nə qədər qırmızı rəng həm qadında, həm də kişidə cinsəl çəkiciliyin simvolu olaraq görünsə də, mavi rəng kişiləri qadınlara görə daha çəkici edir.

Qısa müddət ərzində yaddaşınızdakı məlumatlar beyninizdə depolansa, beynin tutumu olduqca məhdudlaşar.

Bənövşəyi rəngin xüsusi sakitləşdirici təsiri var. Yataq dəstlərində bu rəngdən istifadə tövsiyyə olunur.

Saqqız çeynəmək yaddaşın güclənməsinə kömək edir.

İnternet kəşf edildiyindən bəri daha az insan özünü dindar adlandırıb.

Beyinlə mədə arasında daim bağlantı var. Buna görə də sıxıntı, stress eyni zamanda mədəyə də təsir edir.

Əgər yediklərinizi tüpürcək həll etməzsə, yediyiniz yeməyin dadını ala bilməzsiniz.

60 yaşınıza çatanda dad alma duyğunuzun 50%-ni itirirsiniz.

Kiçik bir səs belə göz bəbəklərinizin böyüməsinə səbəb olur.

İnsanlar aclığa, yuxusuzluqdan daha çox dayanır.

Refleksləriniz baş beyin tərəfindən yox, onurğa beyni tərəfindən idarə olunur.

 

Ailə üzvlərinin qoxuları bir-birinə bənzəyir. Bu səbəbdən normalda insanlar ailə üzvlərini daha çəkici zənn edir.Bu təbiətin genetik mutasiyanı əngəlləmə vasitəsidir.

 

Qırmızı rəng cinsəl çəkiciliyi artırmaqla yanaşı, eyni zamanda insanların qorxmasına səbəb olan aqressiv bir rəngdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı