Modern.az

"Azadlıq”a qarşı məhkəmə başlayır, eks-müxbir radiodan 150 min dollar tələb edir

"Azadlıq”a qarşı məhkəmə başlayır, eks-müxbir radiodan 150 min dollar tələb edir

8 İyul 2011, 14:20

Azadlıq/Azad Avropa Radiosuna qarşı iddianı Yasamal rayon məhkəməsi icraata götürüb. Bu barədə Modern.az-a məhkəmədən  məlumat verilib. 
Məhkəmə iddiasını “Azadlıq” radiosunun Azərbaycan xidmətinin keçmiş müxbiri Aygün Muradxanlı qaldırıb. A.Muradxanlı iş verən təşkilatı - Azadlıq/Azad Avropa Radiosunu əmək hüquqlarını pozmaqda günahlandırır və 150 min ABŞ dolları təzminat tələb edir.

Yasamal rayon Məhkəməsində radioaya qarşı iddiaya hakim Anar Məmmədovun sədrlik edəcəyi prosesdə baxılacaq. Prosesin vaxtı hələ təyin edilməyib.
 
Radionun Azərbaycan xidmətindən bu məsələyə dair suallarımıza cavab ala bilmədik. Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Bundan əvvəl Bakıdakı “Əbu Bəkr” dini icmasının rəhbəri Qamət Süleymanov da “Azadlıq” radiosuna qarşı Yasamal rayon Məhkəməsində iddiası qaldırmış, onun iddiası təmin edilmişdi. Məhkəmə zərərçəkənə 50 min manat məbləğində təzminat  ödənməsi haqda qərar çıxarmışdı. Q.Süleymanov “Azadlıq” radiosunun internet-saytında getmiş “Kimdir xəvvariclər?” yazısının ona mənəvi ziyan vurduğunu iddia edib.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir