24 aprel 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Əli Həsənov ATƏT-in media ofisinin rəhbərini qərəzli deyil, obyektiv olmağa ÇAĞIRDI  
Əli Həsənov ATƏT-in media ofisinin rəhbərini qərəzli deyil, obyektiv olmağa ÇAĞIRDI  
13.01.2018, 16:18

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində onun bəzi fikirlərinə münasibət bildirib.

Modern.az
xəbər verir ki, Azərbaycan KİV-lərinə açıqlamasında Ə.Həsənov deyib:


“Təəssüflə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır.

Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir”.



Ə.Həsənov deyib ki, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxarıb ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz.

“Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunduğunu xatırladan Ə.Həsənov bildirib ki, ölkə başçısı media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir.

“İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.

Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 Metropoliten rəsmisi üzr istədi   
24.04.2018, 21:50

 Metropoliten rəsmisi üzr istədi  

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
24.04.2018, 21:44

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb
24.04.2018, 21:32

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
24.04.2018, 21:17

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər
24.04.2018, 21:06

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
24.04.2018, 20:13

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Azərbaycanın əməkdar artisti vəfat etdi
24.04.2018, 20:10

Azərbaycanın əməkdar artisti vəfat etdi

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi
24.04.2018, 18:51

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
24.04.2018, 18:46

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
24.04.2018, 18:32

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı
24.04.2018, 18:24

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı

"Instagram" işləmir - Problem yaranıb
24.04.2018, 18:15

"Instagram" işləmir - Problem yaranıb

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”    
24.04.2018, 18:00

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”  

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir
24.04.2018, 17:56

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər
24.04.2018, 17:53

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı
24.04.2018, 17:48

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı
24.04.2018, 17:43

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”
24.04.2018, 17:41

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”

Prezident İlham Əliyev Türkiyəyə gedib
24.04.2018, 17:37

Prezident İlham Əliyev Türkiyəyə gedib

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI
24.04.2018, 17:28

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR
24.04.2018, 17:22

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR

Ramiz Mehdiyev daha bir eks-məmuru
24.04.2018, 17:16

Ramiz Mehdiyev daha bir eks-məmuru "vurdu": “...rüşvətxorluğa son qoyulmalıdır”

Manatın sabahkı MƏZƏNNƏSİ 
24.04.2018, 17:13

Manatın sabahkı MƏZƏNNƏSİ 

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
24.04.2018, 16:57

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO   
24.04.2018, 16:51

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO  

Serj Sarkisyan yetim qaldı – Anası da öldü
24.04.2018, 16:51

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
24.04.2018, 16:39

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR

Fransadan Novruz Məmmədova təbrik gəldi   
24.04.2018, 16:29

Fransadan Novruz Məmmədova təbrik gəldi  

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 
24.04.2018, 16:24

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR   
24.04.2018, 16:23

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR  

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb
24.04.2018, 16:21

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
24.04.2018, 16:15

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2018, 16:09

Ərdoğan ermənilərə başsağlığı verdi

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
24.04.2018, 16:00

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
24.04.2018, 15:38

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(6.32%)
İmtahan qiymətləri normalıdr(3.79%)
İmtahan qiymətləri aşağıdır(2.53%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.79%)
İmtahan qiymətləri artırılmalıdır(10.1%)